Basketbolçu qızlarımız B divizionunda 5 ci olublar
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol milli komandası FIBA U-16 Avropa çempionatının B divizionunda 5-ci yeri tutub. Millimiz 5–7-ci yerlər uğrunda oyunlarda Bosniya və Herseqovina (78:65) və Kipr (70:58) yığmalarına qalib gəlib.
Turnirin ən məhsuldar basketbolçusu Viktoriya Ulyanova olub. O, keçirdiyi 4 oyunda 68 xal (orta hesabla 17 xal) toplayıb. V.Ulyanova Bosniya və Herseqovina ilə matçda 34 xal və 10 ribaundla yaddaqalan performans göstərib. Aylin Niftəliyeva 4 oyunda 54 ribaund (orta hesabla 13,5) yığaraq bu göstərici üzrə turnirin lideri adını qazanıb.
Aylin Əkbərzadə isə 37 məhsuldar ötürmə (orta hesabla 9,3) ilə B divizionu tarixinin yeni rekordunu müəyyənləşdirib. Basketbolçu Slovakiya ilə görüşdə 7, İsveçlə matçda 6, Bosniya və Herseqovina və Kiprlə oyunların hər birində isə 12 məhsuldar ötürmə müəllifi olub.
15 yaşlı Qalina Quşina yarışı orta hesabla 10,5 xalla başa vurub. O, Bosniya və Herseqovina ilə matçda 14, Kiprlə görüşdə isə 18 xal toplayaraq qələbədə xüsusi pay sahibi olub.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Avqust 2026 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















