Icma.az
close
up
RU
Basketbolumuzun qara günü: dördü meydana çıxdı, dördü də uduzdu!

Basketbolumuzun qara günü: dördü meydana çıxdı, dördü də uduzdu!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Kişi basketbolçulardan ibarət “Sabah” komandası noyabrın 12-də Çempionlar Liqasının B qrupunda 4-cü oyununu keçirdi.

“Bayquşlar” bütün əvvəlki oyunlarda olduğu kimi, yenə də uduzdular. Özü də acınacaqlı şəkildə! Təsəvvür edin ki, Rimas Kurtinaytisin çalışdırdığı komanda “Elan Şalon”la oyunun sonuncu – 4-cü çeyrəyinə 77:69 öndə başlamışdı. Amma “doğma divarlar” arasında 87:89 uduzmağı bacardılar. Gördüyünüz kimi, son çeyrəkdəki 10:20 “bayquşlar”ın məğlubiyyətini şərtləndirdi.
Görəsən, Kurtinaytis bu dəfə günahı kimin üzərinə yıxacaq?!
Sabah – Elan Şalon (Fransa) 87:89 (20:21, 31:17, 26:31, 10:20)
Sabah: Keyt Cordan (28 xal), Hassani Qravett (18), Cerri Bleyks (17), Klavs Kavars (12), Andrey Voynaloviç (5) – Ceyms İds, Jan-Mark Pansa (4), Şirzad Şirzadov (3), Kamran Məmmədov, Endər Poladxanlı, Ramiz Quliyev, Hüseyn Məmmədov.
“Sabah” buna qədər “Nimburk” (65:93), “Alba” (76:85) və “Elan Şalon” (71:84) ilə oyunlarda da məğlub olmuşdu.
1. Elan Şalon 4 4 0 351-329 8
2. Alba 4 3 1 343-310 7
3. Nimburk 4 1 3 341-344 5
4. Sabah 4 0 4 299-351 4
Bu qrupdakı digər oyunun nəticəsi: Nimburk (Çexiya) – Alba (Almaniya) 75:88 (19:20, 16:21, 15:20, 25:27).
Çərşənbə günü Avropa Kubokunda çıxış edən basketbol klublarımız da parket üzərinə çıxdı. Bildiyiniz kimi, “Neftçi” ilə “Abşeron Layons” eyni qrupda mübarizə aparır. “Kalev” – “Neftçi” oyunu bir qədər tez başladı.
Kalev (Estoniya) – Neftçi 88:82 (23:22, 19:17, 20:17, 26:26)
“Ağ-qaralar” buna qədər iki dəfə “Trefl” (63:92, 92:87), bir dəfə “Kalev” (95:84) və “Abşeron Layons” (104:86) ilə qarşılaşmışdı.
“Abşeron Layons” da 5-ci turun oyununda uduzdu. Özü də daha acınaqlı hesabla. Halbuki “şirlər” “Trefl”dən xal almaqla “Neftçi”nin qrup birinciliyinə yol aça bilərdi. Bu qrupda hər şey sonuncu turda – dekabrın 19-da həll olunacaq. Həmin gün Azərbaycan klubları bir-biri, “Trefl” isə “Kalev” ilə qarşılaşacaq. Qrup qalibləri növbəti mərhələyə birbaşa adlayacaq, 2-ci yeri tutanlar əlavə oyun keçirəcək.
Trefl (Polşa) – Abşeron Layons 98:78 (25:18, 26:21, 20:21, 27:18)
1. Trefl 5 4 1 469-387 9
2. Neftçi 5 3 2 436-437 8
3. Kalev 5 2 3 394-456 7
4. Abşeron L. 5 1 4 446-465 6
Reaksiyalar
Elrik Delord, “Elan Şalon”un baş məşqçisi:

“Sabah”ı təbrik edirəm, bizə çətinliklər yaratdı. Heyətdə rotasiyaya əl atdıq, qələbəyə şübhəmiz yox idi. Komandam dəfələrlə 20 xal geri düşsə də, son nəticədə qələbə qazanıb. Ancaq elə hallar da olub ki, belə fərqlə irəlidə olmuşuq və sonda uduzmuşuq”.


Rimas Kurtinaytis, “Sabah”ın baş məşqçisi:

“Oyundan razıyam. Rəqibin sərəncamında 9 oyunçu var idi, biz isə 6 oyunçunya bel bağladıq. Uzun müddət hesabda irəli olduq. Daha az səhv edən rəqib sonda qalib gəldi. Ümumilikdə bu komandaya qalib gəlmək mümkün idi. 20 xal önə çıxandan sonra da hər yerdə uduzmaq olar: MBA-da da, Olimpiadada da. Sadəcə, oyunçular yoruldu. Fransa təmsilçisi bizə qarşı pressinq tətbiq etdi, yerli çempionatda isə belə komandalar yoxdu. Ölkə çempionatının ardından Çempionlar Liqasında belə komandalara qarşı oynamaq çətindi. “Elan Şalon”un fransızları güclüdü, bizdə isə yerli oyunçularla bağlı problem var. Get-gedə daha az fərqlə uduzuruq”.


Noyabrın 12-də ölkəmizin qadınlardan ibarət basketbol yığması da AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirdi. Bakıdakı İdman Sarayında Bolqarıstanı qəbul edən yığmamız elə hesabla uduzdu ki, adam söyləməyə belə çəkinir.
Azərbaycan – Bolqarıstan 48:141 (15:30, 12:26, 12:48, 9:37)
Hesabdan da göründüyü kimi, xal fərqi 93-ə bərabər olub. Qrupdakı digər oyunun nəticəsi: Monteneqro – Ukrayna 65:71 (16:18, 18:15, 13:21, 18:17).
Yığma bu gün Monteneqronu qəbul edəcək. Qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmaq üçün qrupda ilk iki yerdə birini tutmaq və ya qruplarda 3-cü yeri tutanlar arasında ən yaxşı nəticə göstərmək lazımdı. Turnirin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.

“Bolqarıstan qarşısında heç bir şəkildə geri addım atmadıq”.


Yığmanın baş məşqçisi Evren Alkaya Bolqarıstan önündəki darmadağını belə dəyərləndirib:

“Bizim üçün çox çətin bir oyun keçdi. Bolqarıstan qarşısında heç bir şəkildə geri addım atmadıq. Uşaqlarımız çox gəncdi. Düzdür, səviyyə baxımından çox geri qaldıq. Bolqarıstan isə tam gücü ilə oynadı. Onsuz da yarışdakı məqsədimiz bu uşaqları mümkün qədər çox oynatmaq və növbəti matçlara hazırlaşmaqdı. Komandanı mümkün olan ən keyfiyyətli vəziyyətə gətirməyə çalışırıq. Ötən il B divizionunda Danimarkanı, İslandiyani, Bosniya və Hersoqovinanı məğlub etmişdik. Bu səviyyədəki rəqiblərlə oynayanda komanda yaxşı şeylər edə bilir. Uşaqlar üçün bir az səbr və zaman istəyirik. Həqiqətən qısa zamanda komandanı bu platformaya salmışıq və öyrənəcəkləri çox şey var. Komandada ən böyük basketbolçu 18 yaşındadı. 15 yaşlı uşaqlar da var. Bir neçə il ərzində ən azı daha gözəl basketbol oynayan bir komanda formalaşdıracağımızı düşünürəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Noyabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri