Icma.az
close
up
RU
“ Başlandı? Hə...”

“ Başlandı? Hə...”

Lent az saytına istinadən Icma.az xəbər verir.

26 sentyabr 2020-ci il... Müharibədən bir gün əvvəl idi. Elə builki kimi şənbə günüydü. Elə bugünkü kimi də yadımdadır.

Həmin şənbə axşamı dostum Əli Verdiyev və qardaşım Vahidlə birlikdə Bayıldakı restoranların birində yemək yeyirdik. Bir gözümüz telefonda idi. Artıq "Facebook"un xəbər lentində cəbhəyanı bölgələrdə hərəkətlənmə olmasına dair məlumatlar yayılmağa başlamışdı. Bu xəbərləri oxuya-oxuya Əli birdən soruşdu:

- Səncə, müharibə olacaq?

- Bilmirəm.

Əslində son günlər yayılan informasiyalar nəsə qeyri-adi bir hadisənin baş verəcəyini göstərirdi. Bu, irimiqyaslı müharibə olmaya da, Aprel döyüşləri kimi lokal savaş ola da bilərdi. Amma mənə "Bilmirəm"i dedizdirən səbəb bu deyildi, müharibəni təsəvvür etməyin belə dəhşətli olması idi.

Təsəvvür etmədiyimiz başqa məqamlar da vardı. Çox tezliklə bayrağımızın Şuşada dalğalanacağını ancaq arzulaya bilərdik. Ağdam, Kəlbəcər və Laçını bir güllə atmadan geri qaytaracağımız ağlımıza da gəlməzdi. Xankəndidəki seprataçı rejimin təslim olacağını, separatçı liderlərin həbs ediləcəyini heç yuxuda da görə bilməzdik.

Biz yemək yediyimiz zaman təxminən 3 min Azərbaycan gənci sağ idi. Amma bizdən fərqli olaraq, musiqi dinləmirdilər, futbola baxmırdılar, “Facebook”un xəbər lentinə göz atmırdılar. Kimisi valideynləri, kimisi övladları, kimisi də sevdiyi xanımla son dəfə vidalaşır, son sözlərini deyir, vəsiyyətlərini edirdilər. Və hamısı da sinələrinə sıxdıqları silahla Ali Baş Komandanın hücum əmrini gözləyirdi.

* * *

Gecə “APA Holding”in redaktorlarının “WhatsApp” qrupuna Vüsalə Mahirqızıdan “Əməkdaşlarınıza da tapşırın, bu gecə heç kim telefonunu söndürməsin” tipli mesaj gələndə mənzərə qismən aydınlaşmağa başlamışdı. Səhər saat 8-də məni yuxudan oyadan da Vüsalə xanım oldu:

- Cavid, hamınız işə gəlin.

- Başlandı?

- Hə...

Olduğu kimi yazdığım bu qısa dialoq əslində bu müharibəni hər bir azərbaycanlının gözlədiyinin göstəricisi idi. Pandemiya ilə əlaqədar həftə sonları ictimai nəqliyyat işləmədiyi üçün dərhal Mirislam Məmmədova zəng edib hazırlaşmasını istədim, özüm də geyinib onun arxasınca yollandım. Yol boyu avtomobildə radionun dalğalarını dəyişib yeni xəbər eşitmək istəyirdim, radiolarımız isə ənənəvi repertuarında idi. Özümdən asılı olmadan gözlərimdən yaş axırdı - qurbansız müharibə olmadığını bildiyim üçün. O anda yanımdan ötüb keçən avtomobillərin sürücülərinə isə bəxtəvər kimi baxırdım - müharibənin başlanmasından xəbərsiz olduqlarını düşündüyüm üçün...

* * *

2020-ci il sentyabrın son bazar günü bizi qarşıda nələrin gözlədiyini bilmirdik. Bildiyimiz tək şey Millət və Xalq olaraq üzərimizdəki ləkəni silmək üçün ayağa qalxmağımız idi. Və bunun adı müharibə idi – Vətən müharibəsi.

3 polkovnik, 23 polkovnik-leytenant, 49 mayor, 54 kapitan, 103 baş leytenant, 119 leytenant, 5 kiçik leytenant, 267 gizir, 695 MAXE, 1398 əsgər, 7 miçman… Vətən müharibəsi başqa nə cür olur ki? Zabitlər əsgərləri ilə bir yerdə döyüşərək şəhid olublar. Çünki "İrəli!" yox, "Ardımca!" komandası veriblər.

1941-1945-ci illərdə SSRİ adlanan vətəni alman faşizmindən xilas etmək üçün canından keçən 300 min azərbaycanlının nəvə-nəticələri 75 il sonra doğma Azərbaycanı erməni faşizmindən xilas etmək üçün silaha sarılmışdı.

Müharibə bizə təkcə işğalda olan torpaqlarımızı azad etmək üçün yox, milli kimliyimizin təsdiqi üçün lazım idi.

Müharibə sındırılmış qürurumuzu bərpa etmək, özümüzə və kökümüzə qayıtmaq üçün vacib idi.

Müharibə bizə keçmişimizi xatırladıb gələcəyimizi göstərdi.

Müharibə təkcə Azərbaycan vətəndaşlarının deyil, milliyyətindən asılı olmayaraq bütün dünya azərbaycanlılarının qardaş, yoldaş, həmrəy və bir olduğunu ortaya qoydu.

Müharibə başa saldı ki, biz bütövük, etnik və dini ayrı-seçkilik bizə xas olmayıb, olmayacaq da.

Müharibə “bunlardan heç nə olmayacaq” deyə ümidsiz yanaşdığımız gəncliyi əslində düzgün qiymətləndirmədiyimizi və gələcəyimizin əmin əllərdə olduğunu anlatdı.

Müharibə Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, yediyimiz hər tikədə, içdiyimiz hər qurtum suda, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq.

Allaha həmd olsun ki, düşməndən təkcə son 30 ilin yox, 200 illik qisasımızı almaq imkanı verdi. Həm də kişi kimi, ləyaqətlə müharibə apararaq, düşmənin uşaqlarını, qadın və qocalarını qoruyaraq. Çağdaş dünyada belə şərəfli qələbə qazanan Dövlət və Xalq yoxdur! Bu qələbənin memarı Prezident İlham Əliyev, müəllifi Azərbaycan Əsgəri, sahibi Azərbaycan Xalqıdır.

Tanrıya şükranlıqla, Azərbaycanın bütün şəhidlərinə dərin ehtiramla, qazilərinə sevgiylə, Dövlətimizə və Xalqımıza minnətdarlıqla...

Cavid İsmayıl

tarix üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri