Icma.az
close
up
RU
BŞTİ nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

BŞTİ nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində valideyn konfranslarına start verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüş Xətai, Xəzər və Pirallahı rayonları üzrə təşkil olunub.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Konfransların əhəmiyyətindən, belə görüşlərin ailə və məktəbəqədər təhsil müəssisəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə verəcəyi töhfələrdən danışanBŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova bildirib ki, bu platforma tərəflər arasında açıq dialoqu genişləndirir və birgə təşəbbüslərin yaranmasına şərait yaradır. Həmçinin vurğulayıb ki, burda aparılan müzakirələr əməkdaşlığın daha sistemli və davamlı şəkildə qurulmasını təmin edir.

“Uşağın psixoloji və emosional inkişafı”, “Valideyn və pedaqoq: vahid komanda” və “Sağlam uşaq, sağlam mühit və sağlam gələcək” mövzuları üzrə təqdimatlarla çıxış edən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri uşaqların psixoloji və emosional inkişafının dəstəklənməsi, inklüziv təhsilə dair valideyn yanaşmasının əhəmiyyəti, hər bir uşağın fərdi xüsusiyyətlərinə və ehtiyaclarına hörmətlə yanaşılması məsələlərini diqqətə çatdırıb, həmçinin valideyn və pedaqoqların vahid məqsəd ətrafında birləşməsi, bu tərəfdaşlığın uşağın inkişafına müsbət təsirləri barədə ətraflı məlumat veriblər.

Daha sonra valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd valideynlər və məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların hərtərəfli inkişafına dair aktual məsələlərin müzakirəsi, inklüziv təhsil mühitinin təşviqi və valideynlərin maarifləndirilməsindən ibarətdir. Valideyn konfranslarının paytaxtın inzibati rayonları üzrə bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edəcəyi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri