Icma.az
close
up
RU
Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Habil Ələsgərov ifadə verib.

APA xəbər verir ki, H.Ələsgərov ifadəsində Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğal olunduğu xəbərini radio vasitəsilə aldıqlarını deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Başlıbelə hücumundan xəbər tutan insanlar tunel istiqamətində gedərək kəndi tərk etməyə çalışıblar. Lakin görüblər ki, ermənilər Kəlbəcəri mühasirəyə alıb.

“Aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başladı. Kəndə hücum edən ermənilər evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb.

Zərərçəkmiş əlavə edib ki, Ermənistan ordusunun silahlılarının kahaya hücumu nəticəsində anası qolundan güllə yarası alıb: “Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənilər mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər. Orada Livan erməniləri də var idi. Qaçmağı bacardığımdan məni öldürə bilmədilər. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atıb dondurmuşdular. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 15-də davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see231

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see210

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see160

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see133

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see129

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see127

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see126

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see125

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see123

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see120

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see120

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see119

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see119

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see118

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see118

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see117

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see116

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see115

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see115

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri