Icma.az
close
up
RU
Başqa heç kəslə bölüşə bilmədiyimiz məhrəm söhbətlərimizi unutmaq olarmı? Anar

Başqa heç kəslə bölüşə bilmədiyimiz məhrəm söhbətlərimizi unutmaq olarmı? Anar

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Mərdəkanda bağ evindəyəm. Məzuniyyətimin ilk günüdür. Telefon zəngi. Telefon dəstəyindən qulağımı ilan kimi çalan acı xəbər: Elçin Əfəndiyev vəfat edib.
Şok xəbər hafizəmdə möcüzəvi bir sürətlə xatirələri canlandırır. Tələsdirilmiş kino kadrları kimi, bütün ötənlər bir an içində gözümün önündən keçib gedir - 60 il birgə yaşanılmış ömrün səhifələri...
Azərbaycan rayonlarına, azad olunmuş Şuşaya birgə səfərlərimiz, Moskvada, Kislovodskda, Parisdə, İstanbulda, Ankarada keçən unudulmaz günlərimiz.
Atamı, anamı itirdiyim ağır günlərimdə Elçini yanımda görməyim, İlyas müəllim rəhmətə gedəndə Elçinin yanında olmağım, Rəsul Rzayla İlyas Əfəndiyevin xoş münasibətlərindən başlayan, İlyas müəllimin anam Nigar Rəfibəyli haqqında son dərəcə səmimi yazısından keçən iki ailənin məhrəm ünsiyyəti, hər xoş məclisimizdə, balalarımızın, nəvələrimizin toylarında, nişanlarında, Elçinlə mənim, Nüşabə xanımla Zemfira xanımın yanaşı oturmağımız, qızlarımızın - Günayla Günelin mehriban dostluğu və daha nələr, nələr... Cavanlığımızda demək olar ki, hər gün görüşürdük, son illərdə ayda iki-üç dəfə görüşüb nahar edirdik. Başqa heç kəslə bölüşə bilmədiyimiz məhrəm söhbətlərimizi unutmaq olarmı?
Və bu iki-üç saat ərzində hər yarım saatdan bir Günayın, Humayın, Aysunun Elçinə telefon zəngləri, Elçinin də həmişəki cavabları: - Anar əminlə oturub çay içirik - bütün bunlar və neçə-neçə başqa unudulmayacaqlar an içində gözümün qarşısından keçib gedir. Əlbəttə, iki yazıçının əsas ünsiyyət səbəbi - ədəbiyyatdır. Hər yeni yazımızı ilk növbdə bir-birimizə oxuyardıq, ya oxumağa verərdik. Bütün bunların bir daha təkrar olunmayacağını düşünmək ağırdır. Çox ağır.
Vaxtiylə Elçinə həsr etdiyim şeirdə belə misralar var:
Ömrün mənası nədir,
belə qısadır neçin?
Mən ki bunu bilmədim,
sən bilirmisən Elçin?
Mən hələ də nə ömrün mənasını, nə belə uzun ola-ola belə qısa olmasının səbəbini anlaya bildim. Elçin bilirdisə bu sirri özüylə apardı.
Ədəbiyyatımız böyük nasiri, dramaturqu, tənqidçini, ictimai-siyasi həyatımız mötəbər şəxsiyyəti, yaxınları qayğıkeş ailə başçısını, mən bizim nəsildən olan dostlarımdan sonuncusunu itirdim.
Bunu düşünmək və bu sözləri yazmaq ağırdır. Məntiqə görə, bu vida sözlərini mənim haqqımda məndən beş yaş kiçik olan Elçin yazmalıydı. Amma Əcəlin öz izaholunmaz cədvəli var.
Riyakarlıq edib "itirdiyim dostlarımla, Elçinlə tezliklə görüşməyi arzulayıram" demək istəmirəm.
Hər şeyə rəğmən, yaşamaq istəyirəm. O sıradan qeyd etdiyim munis insanları, yaxınlarımı yaddaşımda, qəlbimdə, yazılarımda yaşatmaq üçün yaşamaq istəyirəm.
Əlvida, Elçin, əlvida, dostum, qardaşım.

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri