Başqa ölkələrdəki zəlzələlərin Tovuzda və Xəzərdəki təkanlarla əlaqəsi yoxdur
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 avqust, AZƏRTAC
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən respublika ərazisində qeydə alınan Tovuz ( ml=3.6) və Xəzər dənizi (ml=4) zəlzələləri zəif hiss olunan və zəif zəlzələlər qrupuna aiddir.
AZƏRTAC xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Onun sözlərinə görə, seysmik baxımdan aktiv ərazilərdə zəif, zəif hiss olunan və hiss olunan zəlzələlərin qeydə alınması ərazinin seysmikliyi baxımdan mümkündür: "Vaxtaşırı bizim seysmik bölgələrimizdə maqnutudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir. Başqa ölkələrdə baş verən zəlzələlərin həmin yeraltı təkanlarla hər hansı əlaqəsi yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















