“Bolt”un sürücüsü müəllimərlə bağlı layihəsi ilə qalib oldu, 10 min manat qazandı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda gənclərin bəzi məqamlarda oxuduqları ixtisas üzrə iş tapa bilməkdə çətinlik çəkməsi onları başqa sahələrə yönəldir. Bu gün iş tapmaqda çətinlik çəkən şəxslərin ən çox üz tutduğu sahə məhz taksi sürücülüyüdür. Bu istiqamətdə fəaliyyət göstərən yüzlərlə gənc bu gün yalnız iş və ev rejimində çalışdığı üçün bitirdiyi ixtisas üzrə layihələrdən bixəbər qalır.
Avtosfer.az xəbər verir ki, belə vətəndaşlara ən çox dəstəyi özəl şirkətlər arasında məhz “Bolt Azərbaycan” göstəriri. Ötən ildən ölkəmizdə xeyli müraciət toplaya bilən “Bolt Accelerator” proqramının artıq finalı baş tutub.
Nəqliyyat eksperti Elməddin muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı “Bolt”un proqramı ilə bağlı məlumat verib. O bildirib ki, Bolt Accelerator” proqramının final mərhələsi olan “Demo Day – Final Təqdimat Günü”ndə özü də iştirak edib. Tədbir zamanı qaliblər öz layihələrini təqdim edib və uğurlu hesab edilən startap sahibləri mükafatlandırılıb:
“Bolt Azərbaycan və SUP VC əməkdaşlığı ilə həyata keçirilən “Bolt Accelerator” proqramının final mərhələsi olan Demo Day – Final Təqdimat Günü uğurla keçirilib. Radisson Hotel Baku-da baş tutan tədbirdə finalçı komandalar öz biznes ideyalarını münsiflər heyəti və geniş auditoriya qarşısında təqdim ediblər.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən olan sürücülər, kuryerlər, gənc sahibkarlar, startap həvəskarları, media nümayəndələri və investorlar iştirak edərək innovativ layihələrlə yaxından tanış olublar. Demo Day iştirakçılar üçün həm ideyalarını nümayiş etdirmək, həm də yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm platforma rolunu oynayıb.
Ramil Məhərrəmov, Bolt Azərbaycan Əməliyyatlar meneceri:
“”Bolt Accelerator” proqramı ilə məqsəd sürücü və kuryer icmasını iqtisadi cəhətdən gücləndirmək, onların sahibkarlıq potensialını üzə çıxarmaqdır. “Demo Day” göstərdi ki, Azərbaycanda innovativ ideyalar və təşəbbüskar ruh güclüdür.
“Demo Day” proqramı qeydiyyat və şəbəkələşmə sessiyası ilə başlayıb. Ardınca “Bolt” və SUP VC nümayəndələrinin açılış nitqləri səsləndirilib, proqramın mərhələləri və nəticələri təqdim olunub.
Daha sonra 20 finalçı komanda iki hissə üzrə çıxış edərək urban mobillik, logistika, “EdTech” ( təhsili texnologiya vasitəsilə daha effektiv, əlçatan və innovativ edən həllər və platformalar) və sosial təsir sahələrini əhatə edən biznes ideyalarını təqdim ediblər. Çıxışlardan sonra münsiflər heyəti məsləhətləşmə apararaq qalibləri müəyyən edib.
Münsiflər heyətinə “Bolt”un əməliyyatlar üzrə Baş meneceri Ramil Məhərrəmov, Fərid Əbdulzadə, BMU Texnopark direktoru Vüsal Süleymanlı və “Qafqaz Ventures” şirkətinin nümayəndəsi, Samir Hacıbəyli daxil olub.
Bu il Azərbaycanda keçirilən Bolt Accelerator proqramının ümumi mükafat fondu 36 500 AZN təşkil edib.
1-ci yer Abdulla Bəşiroğlu oldu. Onun “Stride” lahiyyəsinə “Bolt” tərəfindən 10.000 manat mükafat verildi. Bu layihədə fərdi müəllimlər üçün dərs, ödəniş və ünsiyyəti təmin edən ağıllı sistem qurulub. Taksi sürücüsü olan Abdulla Bəşiroğlu bu layihəsini çox yaxşı formada təqdim elədi.
2-ci yerin qalibi olan Gülnar Kazımzadə “Çöldəki Dayəm” layihəsi ilə 7000 manat qazandı. Uşaqlar üçün təhlükəsiz taksi xidməti təşkil edib. O, ətrafına bir neçə başqa qadın sürücüləri də cəlb edərək, işləməli olan anaların övladlarını bağçaya, məktəbə aparıb-gətirirlər. Gülnar Kazımzadə çox yaxşı layihə ortaya qoydu və 2-ci yerin qalibi oldu.
3-cü yerlər - 4500 AZN:
Mirhüseyn Cavadzadə / “YEDDİ” – kafe və restoranlarda gün sonu yeməklərə endirim platforması
Şirin Allahyarov / “Yelləncəklər” – uşaq parklarını ağıllı və təhlükəsiz oyun məkanlarına çevirən həll
Etibar Əliyev / “SƏS” – asılılıqla mübarizəyə yönəlmiş sosial dəstək platforması
4-cü yerlər - 3000 AZN:
Vəfa Əsgərova / “Lady Drive” – qadınlar üçün taksi xidməti
Vaqif Hüseynov / “CityCars” – avtomobil parklarını müştərilərlə birləşdirən platforma
Tədbirdə çıxış edən SUP VC-nin İcraçı direktoru Rəşad Eyvazov bildirdi ki, “Bolt Accelerator” “Demo Day” Azərbaycanda güclü ideyalar və böyük potensialın mövcud olduğunu bir daha göstərdi.
“SUP VC olaraq erkən mərhələli sahibkarları resurs, mentorluq və şəbəkə ilə dəstəkləyərək dayanıqlı bizneslərin formalaşmasına töhfə veririk. Bolt ilə əməkdaşlığımız innovasiya ekosisteminin inkişafına real dəyər qatır”.
1-ci yerin qalibi Abdulla Bəşiroğlu isə qeyd etdi ki, “Bolt Accelerator” proqramı onun üçün ideyasını real biznes modelinə çevirmək baxımından böyük imkan yaratdı.
“Aldığımız mentorluq, bilik və dəstək Stride layihəsinin gələcək inkişafı üçün möhkəm əsas oldu. Bu proqram gənc sahibkarlar üçün əvəzolunmaz təcrübədir”.
“Bolt Accelerator” “Bolt”un qlobal “Urban Fund” təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir və sürücü və kuryerlərin iqtisadi imkanlarının artırılmasına, innovativ biznes ideyalarının dəstəklənməsinə yönəlib. Proqram Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla icra olunaraq 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verib”.
Səfər
Oxunub 6
Baxış sayı:112
Bu xəbər 09 Yanvar 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















