Başqa ölkələrə necə yaşamağı öyrətmək də ikili standartdır ŞƏRH
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Prezidnet İlham Əliyev 27 oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış etdi. Çıxışın əsas fikri sadə idi. Müharibəyə başlamaq asandır, onu bitirmək isə çox çətindir. Azərbaycan bu çətin yolu sona qədər getdi. Ölkə ədalətli müharibədə qalib gəldi, məğlub tərəf təslim oldu, Azərbaycan isə irəli getmədi. Qalib tərəf dayandı və sülh təklif etdi".
Bunu Redaktor.az-a açıqlamasında deputat Naqif Həmzəyev bildirdi. O vurğuladı ki, prezidentin çıxışında qeyd etdiyi kimi qisas döyüş meydanında alındı və bundan sonra davam etmək sonsuz müharibəyə aparardı:
"Bu fikir bu gün xüsusilə aktualdır. Dünyada demək olar ki, hər il yeni müharibə başlayır. Prezident bu müharibələrin tərəflərinə Azərbaycanın təcrübəsini öyrənməyi tövsiyə etdi. Onun fikrincə, bütün münaqişələrin kökündə eyni səbəblər durur. Ambisiya, təcavüz və cəzasız qalacağına əminlik. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnamə qəbul etmişdi. Bu qətnamələr otuz il icra olunmadı. Ermənistana qarşı heç bir sanksiya da tətbiq edilmədi. Prezident bunu ikili standart adlandırdı. Çünki başqa hallarda sanksiyalar sürətlə tətbiq olunur.
2017-ci ildə BMT Baş Assambleyasında da Əliyev Ermənistanın 24 il Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyini və cəzalanmadığını, bəzi hallarda isə qətnamələrin bir neçə gün ərzində icra olunduğunu demişdi. O vaxt da BMT islahatlarının əsas məsələsi kimi icra mexanizminin yaradılmasını göstərmişdi. Prezident bu fikri bu ilin sentyabrında ŞƏT Plus görüşündə yenidən təkrarladı. Orada dörd qətnamənin 30 il sonra, üç il əvvəl icra olunduğunu, lakin bu prosesdə BMT-nin heç bir rol oynamadığını bildirdi. Əliyev qətnamələrin qısa müddətdə icrasını təmin edən mexanizmlərin hazırlanmasının vacibliyini da vurğuladı. Onun fikrincə, bu addım BMT-nin nüfuzunu artırar. Deməli, tənqid təşkilata qarşı deyil, onun gücləndirilməsinə yönəlib".
Millət vəkili nəzərə çatdırdı ki, ikili standart anlayışının ikinci tərəfi də var:
"Prezident başqa ölkələrə necə yaşamağı öyrətməyi də ikili standart sayır. Azərbaycan başqalarının işinə qarışmır. Eyni münasibəti özünə qarşı da gözləyir. Bu yanaşmanın praktik nəticələrindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda göründü. Həmin gün ABŞ Prezidenti Donald Trampın və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə iki ölkənin xarici işlər nazirləri sülh sazişinin layihəsini parafladılar. Eyni zamanda, ATƏT-in Minsk prosesinin bağlanması üçün birgə müraciət imzalandı. Hesab edirəm ki, Minsk prosesi münaqişəni həll etmək üçün deyil, onu dondurmaq üçün qurulmuşdu".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 28 Oktyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















