Icma.az
close
up
RU
Azərbaycanlı uşaqların əsərləri Parisdə sərgiləndi

Azərbaycanlı uşaqların əsərləri Parisdə sərgiləndi

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

22 oktyabr 2026-cı il tarixində Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində Little Artists Rəssamlıq Məktəbinin təşkilatçılığı ilə “Azərbaycan uşaqlarının gözüylə” adlı rəsm sərgisi keçirildi.

Gununesi.info xəbər verir ki, sərgidə məktəbin 53 balaca rəssamının əl işləri nümayiş olundu. Uşaqların vətənə sevgisini, milli-mədəni dəyərləri, təbiəti və zəngin təxəyyülünü əks etdirən rəsm əsərləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva iştirak etdi. Sərginin açılışı səfir Leyla Abdullayeva və Little Artists Rəssamlıq Məktəbinin rəhbəri Nigar Seyid tərəfindən həyata keçirildi. Onlar balaca rəssamlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq iştirakçılara sertifikatlar təqdim etdilər.

2019-cu ildən fəaliyyət göstərən Little Artists Rəssamlıq Məktəbi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması və beynəlxalq platformalarda təmsil olunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Məktəb hər il müxtəlif beynəlxalq sərgi və layihələrdə uğurla iştirak edir.

Tədbir çərçivəsində Barefoot Club by Jahan tərəfindən təşkil olunan uşaqlar üçün drama proqramı da iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Balacalar dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasından hazırlanmış səhnəcik nümayiş etdirdilər. Tamaşa Azərbaycan, ingilis və fransız dillərində təqdim olunaraq uşaqların həm yaradıcılıq, həm də xarici dil bacarıqlarını nümayiş etdirdi və izləyicilər tərəfindən alqışlarla qarşılandı.

Sərgi valideynləri, incəsənət nümayəndələrini və qonaqları bir araya gətirərək uşaqların yaradıcılıq potensialını nümayiş etdirən, onların uğurlarını qeyd edən əlamətdar mədəniyyət tədbirinə çevrildi.

Tədbirin tərəfdaşı Parisdə fəaliyyət göstərən Dialogue Azerbaïdjan Association oldu. Assosiasiyanın dəstəyi ilə həyata keçirilən tədbir Azərbaycan mədəniyyətinin və istedadlı uşaqların yaradıcılığının beynəlxalq müstəvidə tanıdılmasına töhfə verdi.

23 oktyabr 2026-cı il tarixində isə Little Artists Rəssamlıq Məktəbi növbəti dəfə Parisdə, Luvr Karuselində keçirilən Art Shopping Paris beynəlxalq incəsənət sərgisində iştirak edərək öz stendində Azərbaycanı uğurla təmsil etdi. Balaca rəssamların əsərləri beynəlxalq ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Xarici qonaqlar Azərbaycan haqqında xoş təəssüratlarını bölüşərək, uşaqların yüksək istedadını, yaradıcılıq bacarıqlarını və nümayiş olunan əsərlərin peşəkarlığını xüsusi vurğuladılar. Little Artists-in stendi sərgi iştirakçılarının diqqət mərkəzində oldu və Azərbaycan incəsənətinin beynəlxalq auditoriyaya tanıdılmasına növbəti töhfəni verdi.

Qeyd edək ki, Art Shopping Paris beynəlxalq incəsənət sərgisi daha iki gün davam edəcək.

Little Artists Rəssamlıq Məktəbi gələcəkdə də uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların beynəlxalq layihələrdə iştirakının təşviqi və Azərbaycan incəsənətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri