Icma.az
close
up
RU
Başsağlığı əvəzinə mühakimə

Başsağlığı əvəzinə mühakimə

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Bir ata üçün, bir ana üçün övlad itkisi bəlkə də həyatın ən ağır sınağıdır. Bu ağrını yaşamayan insan onun nə qədər dərin və dağıdıcı olduğunu tam anlaya bilməz. Belə anlarda cəmiyyət olaraq ilk vəzifəmiz dərdi bölüşmək, təsəlli vermək və insanlığımızı göstərmək olmalıdır.

Bir neçə gün əvvəl tanınmış vəkil Fərhad Mehdiyevin qızı Zəhra yol qəzasında həyatını itirdi. Bu xəbəri bir çox insanı sarsıtdı. Mən də çox kədərləndim. Gənc bir ömrün yarımçıq qalması, valideynlərin yaşadığı ağrı və faciənin böyüklüyü hər kəsdə dərin kədər hissi yaratdı. Lakin təəssüf ki, belə hadisələr zamanı sosial şəbəkələrdə fərqli mənzərənin şahidi oluruq.

Faciənin ilk saatlarından etibarən bəzi insanlar başsağlığı verməkdən, ailənin dərdinə şərik olmaqdan daha çox günahkar axtarmağa, hökm verməyə və mühakimə yürütməyə çalışırlar. Elə bil qarşımızda bir insan faciəsi deyil, məhkəmə prosesi dayanıb.

17 yaşlı bir qız həyatını itirib və bu, hər şeydən əvvəl böyük bir faciədir. Amma təəssüf ki, bəzi insanlar bu faciənin qarşısında belə mərhəmət göstərmək əvəzinə qınamağa, ittiham etməyə və təhqir etməyə üstünlük verirlər.
Qızı niyə qınayırsınız? Nəyə görə onun haqqında təhqiramiz fikirlər yazırsınız? Bloger olduğuna görə? Motosiklet sürdüyünə görə? Yoxsa sadəcə tanınmış bir insanın övladı olduğuna görə?

Ölümün qarşısında bütün bu suallar mənasını itirməlidir. Çünki söhbət artıq sosial şəbəkələrdən, baxış saylarından, həyat tərzindən və ya seçimlərdən getmir. Söhbət yarımçıq qalmış bir ömürdən gedir. Söhbət övladını itirmiş bir ailədən gedir.

Bəzən sosial şəbəkələrdəki bəzi rəyləri oxuyanda adam düşünür: bu qədər kin haradandır? Bu qədər qəzəb, bu qədər nifrət nə üçündür? İnsanların başqasının dərdi qarşısında bu qədər sərtləşməsi, mərhəmət hissini itirməsi doğrudan da düşündürücüdür.
Bir ailənin işığı sönüb. Belə bir vaxtda qınamaq yox, anlayış göstərmək lazımdır. Çünki sabah heç kimin hansı ağrı ilə üz-üzə qalacağını heç kim bilmir.

İnsanlar özlərini hakim kürsüsündə hiss edir, hadisənin bütün təfərrüatlarını bilmədən qərarlar verir, ittihamlar səsləndirirlər.

Sosial şəbəkələr bir çox hallarda insanlara fikir bildirmək imkanı yaratsa da, bəzən mərhəmət hissinin arxa plana keçdiyi bir məkana çevrilir. Hər kəs özünü daha ağıllı, daha uzaqgörən, daha təcrübəli göstərməyə çalışır. Ancaq unudulur ki, bu hadisələrin mərkəzində canlı insanlar, dağılan talelər və ömür boyu sağalmayacaq yaralar dayanır.

Ən ağrılı məqamlardan biri də budur ki, valideynlər onsuz da özlərini günahlandırırlar. Övladını itirən ata və ya ana həyatının sonuna qədər "kaş ki" sualları ilə yaşayır. Kənardan deyilən sərt sözlər isə həmin yaraya sadəcə duz səpir.

Cəmiyyət olaraq bəzən susmağı da bacarmalıyıq. Hər fikir səsləndirilməli deyil. Elə məqamlar var ki, insanlığın ən böyük göstəricisi mühakimə etmək yox, anlayış göstərməkdir.

Bir ailənin işığı söndü. Bir evdən bir səs, bir gülüş, bir ümid əbədi olaraq çəkildi. Bir övladın yoxluğu təkcə bir insanın itkisi deyil, bütöv bir ailənin həyatında açılan dərin boşluqdur. Belə bir ağrının qarşısında hökm vermək yox, susmaq, anlayış göstərmək, dua etmək və onların ağrısına hörmətlə yanaşmaq daha məqsədəuyğundur

Çünki bu gün kimin haqlı, kimin haqsız olduğunu müzakirə etməyin zamanı deyil. Bu gün bir ailənin dərdinə hörmətlə yanaşmağın zamanıdır.

Bu gün bir ailə övlad dərdi yaşayır. Belə bir gündə qalib gəlməli olan nə sosial şəbəkə mübahisələri, nə də kiminsə haqlı çıxmaq arzusu deyil. Qalib gəlməli olan mərhəmət, vicdan və insanlıqdır.

Onsuz da övladını itirmiş bir insanın ürəyində sağalmaz yara var. Bir övladın itkisi ilə barışmaq mümkün deyil.
Valideyn yalnız həmin ağrı ilə yaşamağı öyrənir. Belə bir vaxtda deyilən hər sərt söz, yazılan hər düşüncəsiz şərh həmin yaranı bir az da dərinləşdirir. Halbuki heç kimin haqqı yoxdur bir ananın övladı ilə bağlı xatirələrinə kölgə salmağa, onun dərdini ağırlaşdırmağa.

O övlad valideyninin yaddaşında hər zaman məsumluğu, gülüşü, arzuları və sevgisi ilə yaşayacaq. Bu xatirələrə hörmət etmək isə hər birimizin mənəvi borcudur.

Leyla Turan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 İyun 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri