Icma.az
close
up
RU
“Başverənlər İranın daxili məsələsidi” Aqil Abbas “Traktor”dan başqa nə dedi?

“Başverənlər İranın daxili məsələsidi” Aqil Abbas “Traktor”dan başqa nə dedi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Xəbər verdiyimiz kimi, İran çempionatına çıxış edən “Traktor” ağır cəza və cərimə sanksiyalarına məruz qalıb.

Yerli futbol federasiyasının qərarına əsasən klub ölkə kubokunda həm ev, həm də səfər oyunlarını azarkeşsiz keçirəcək. Buna Təbrizin Səhənd stadionunda “Traktor”la “Persepolis” arasında keçirilən kubok matçında baş verən insidentlər səbəb olub. İnsidentlərin səbəbi də aydındı: zaman-zaman türklərin təhqir edilməsi təbrizli azarkeşləri özündən çıxarıb.
Hər halda, qərara əsasən, “Traktor” həm də 3 milyard tümən (təxminən 100 min manat) məbləğində cərimələnib. Həmçinin 12 nəfər lider azarkeşin 6 ay müddətinə stadiona girişinə qadağa qoyulub. Bundan əlavə, tərəfdarlar yeni mövsümdə ölkə kubokunda “Persepolis”ə qarşı keçiriləcək oyunda da stadiona buraxılmayacaq.
“Traktor”un prezidenti Məhəmmədrza Zunuzi türklərə qarşı təhqirlərə sərt reaksiya verib. O bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq. Etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək.
Zunuzini dinləyin:

“Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti “Traktor”dan da önəmlidi”.

Qeyd olunanlarla bağlı millət vəkili Aqil Abbasun mövqeyini öyrəndik. Onun “Football-plus.az”a cavabı:

“Traktor”un liqadan çəkiləcəyinə inanmıram. Mübarizə aparacaqlar. İrqi ayrı-seçkiliyin baş verdiyinə isə inanıram. İstəmirlər ki, Azərbaycan klubu çempion olsun, sonra da gedib Asiya Çempionlar Liqasında qələbələr qazansın. Stadionlarda hamı birağızdan “Azərbaycan!” deyir. Bu məsələlər onları narahat edir. Lakin biz bu yöndə nəsə edə bilmərik. Başverənlər İranın daxili məsələsidi. “Traktor”u yalnız yazılarımızla dəstəkləyə bilərik. Bununla yanaşı, FİFA-ya müraciət etmək olar. Yəqin ki, klub tezliklə bu yola əl atacaq”.

Xatırladaq ki, İran kubokunun 1/16 final mərhələsinidə keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə (1:1) yekunlaşıb. Penalti seriyasında 9:8 hesabıyla qalib gələn Təbriz təmsilçisi növbəti mərhələyə yüksəlib.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri