Senator Uitkoffu “yaltaq əlaltı” adlandırdı
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Ukraynaya hərbi yardımı mümkün qədər tez bərpa etməli və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın demokrat senatoru Riçard Blumenthal “X” sosial şəbəkəsində yazıb.
“Seçkilərdən sonra arxamızda hiss etdiyimiz Ukraynayönlü güclü dəstəkdən istifadə edərək dərhal Trampın imtina etdiyi sanksiyaların tətbiqinə başlamalı, onun dizel yanacağı ilə bağlı qəbuledilməz sövdələşməsini dayandırmalı, Ukraynaya, xüsusilə hava hücumundan müdafiə vasitələri ilə hərbi yardım göstərməliyik. Həmçinin Putini ciddi sülh danışıqları masasına oturmağa məcbur etmək üçün dəstəyimizi nümayiş etdirən digər tədbirləri də görməliyik”, – deyə senator bildirib.
Blumenthal Ukraynaya hərbi yardımın bərpasına imkan verəcək xüsusi qanun layihəsini ABŞ Konqresinə təqdim etmək niyyətində olduğunu da açıqlayıb. O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putini Vaşinqtonun Kiyevi dəstəklədiyinə inandırmaq lazımdır.
Senator, həmçinin ABŞ Prezidenti Donald Trampın yeni danışıqlar nümayəndələrinə ehtiyac duyduğunu bildirib. O, daha əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Putini “humanist” adlandırmasını xatırladıb.
“Trampa danışıqlar üçün bu qəddar qatili “humanist” adlandıran yaltaq əlaltılar deyil, başqa şəxslər lazımdır. Konqres dərhal liderliyi öz üzərinə götürməlidir”, – deyə Blumenthal yazıb.
Bundan əlavə, senator Konqresi “Starlink” və “Starshield” sistemlərinə nəzarət tədbirləri tətbiq etməyə çağırıb.
“Milli müdafiəmiz də, müttəfiqlərimiz də özünü hər şeydən üstün tutan, gözlənilməz qərarlar verən trilyonçunun şıltaqlıqlarından asılı olmamalıdır”, – deyə o əlavə edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Noyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















