Icma.az
close
up
RU
“Batı Göz” klinikasının baş həkiminin cinayət işi

“Batı Göz” klinikasının baş həkiminin cinayət işi

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Benzin pulu, təmir, dərman adı ilə 72 minlik mənimsəmə

“Batı Göz” klinikasının baş həkimi vəzifəsində çalışan Emin Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, külli miqdarda mənimsəmədə ittiham olunub. Lakin zərəri ödədiyi üçün şərti cəza alıb.

Tribunainfo.az Musavat.com-a istinadən xəbər verir ki, Emin Hüseynov mənimsəmə cinayətini Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının baş həkimi olduğu zaman törədib.

İttihama görə, Hüseynov adı çəkilən xəstəxanaların direktoru işləyərkən xəstəxanalarda müxtəlif adlarla külli miqdarda mənimsəməyə yol verib. Mənimsəmənin əsas hissəsi Şamaxı xəstəxanasında baş verib.

Belə ki, baş həkim kompüter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstərilməsi, katriclərin doldurulması adı ilə mənimsəmə edib. Şamaxı xəstəxanasının əsaslı təmiri, xəstəxanalara dərman vasitələrinin alınması və nəqliyyat vasitələri üçün yanacaq xərcləri yazaraq təyin olunan pulları şəxsi ehtiyaclarına xərcləyib. Bununla da 72 min manat vəsaiti ələ keçirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Hüseynov dindirilən zaman əməlindən peşman olduğunu deyib.

Həkimin ifadəsindən məlum olub ki, bu əməlləri tanıdığı şirkətlər vasitəsi ilə edib. Belə ki, istintaq zamanı müəyyən edilən şirkətlərin hesabına pullar köçürülüb və sonradan nağdlaşdırılaraq ona verilib. Bunun qarşılığında həmin şirkətlərin rəhbərlərinə 20 faiz də qazanc verib. Maraqlıdır ki, şirkətlərin adı məlum olsa da, istintaq zamanı mənimsəmə işində baş həkimə kömək edən şəxslər məsuliyyətə cəlb edilməyib.

Emin Hüseynov dindirilən zaman həmin şəxslərin xəbərsiz olduğunu deyib.

Məhkəmə zərərin ödənilməsini, Hüseynovun ilk cinayət əməli törətməsini nəzərə alaraq ona şərti cəza verilib. Hökmə əsasən, Emin Hüseynov 1 il sınaq müddəti müəyyən edilməklə şərti cəza alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri