Icma.az
close
up
RU
Qərbi Azərbaycandan olan həndbol hakimi: İnanıram ki, tezliklə yurd həsrətinə son qoyulacaq

Qərbi Azərbaycandan olan həndbol hakimi: İnanıram ki, tezliklə yurd həsrətinə son qoyulacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 fevral, AZƏRTAC

“İnanıram ki, tezliklə yurd həsrətinə tezliklə son qoyulacaq, əzəli və əbədi torpaqlarımıza qovuşacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanin həndbol üzrə beynəlxalq dərəcəli hakimi Ələkbər Ağakişiyev deyib.

Qərbi Zəngəzurun Qafan şəhərinin Şabadin kəndindən olan 54 yaşlı referi yaşadıqları ərazidə ermənilərin azərbaycanlılara qarşı kobud rəftarından, insanlığa sığmayan vəhşiliklərindən bəhs edib: “Ermənilər 1918-ci ildə kəndimizə basqın etmiş, uşaq, qadın, yaşlı demədən amansızcasına qətlə yetirmişdilər. Babam və əmilərimlə bu barədə söhbətlərimiz heç vaxt yadımdan çıxmaz. Bu soyqırımı zamanı bizim yaxın qohumlarımız öz dədə-baba torpaqlarından didərgin düşdü, bəziləri isə həlak oldu”.

O, münaqişənin Sovet hakimiyyəti qurulduqdan sonra bir qədər səngidiyini söyləyib: “Amma ermənilər həmişə azərbaycanlıları sıxışdırıb, heç vaxt yüksək vəzifələrdə işləməyə qoymayıblar. Şabadin dağlar və meşəliklərlə əhatə olunmuş füsunkar bir kənd idi. Mənim uşaqlığım burada keçıb. Əmim və dayılarımın sözlərinə görə, 1986-1988 ci illərdə ermənilər kənd camaatına təzyiqlər etməyə başladılar. 1988-cı ilin noyabr və dekabr aylarında qonşu kənddə yaşayan ermənilər Şabadin camaatına təzyiq göstərərək kəndən köçmələrini tələb edib, onları ölümlə hədələyiblər. Həmin kənddə yaşayan bibim, dayılarım və əmilərim gecə ilə ailə üzvlərini götürüb Qubadlıya köçüb, bir müddət sonra isə Bakı, Sumqayıt və digər bölgələrdə məskunlaşıblar. Yaşlı insanların əksəriyyəti 1-2 il ərzində Vətən həsrətindən dünyalarını dəyişdilər. Dayım və bibim oğlu isə birinci Qarabağ müharibəsində şəhid oldular”.

Ə.Ağakişiyeva bütün qərbi azərbaycanlıların bir gün doğma el-obalarına qayıdacaqlarına inandığını bildirib: “Şükürlər olsun ki, ikinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni faşizmini məhv etdi və torpaqlarımız azad olundu. Əminəm ki, biz də bu sevinci yaşayacaq, öz dədə-baba yurdumuza qayıdacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri