Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

“Bavariya” 34 cü çempionluğunu qazandı!

“Bavariya” 34 cü çempionluğunu qazandı!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu tur bütün diqqətlər Leyptsiqə yönəlmişdi.

"Football-plus.az" xəbər verir ki, cəzalı Keynsiz oynamaq məcburiyyətində qalan “Bavariya” səfərdə “Leyptsiq”i yenəcəyi təqdirdə çempionluğu rəsmiləşdirəcəkdi. Amma dramatik matçda Münheün nəhəngi fanatlarını sevindirə bilmədi. İkinci hissənin ortalarına qədər iki top fərqi ilə geridə olan “rekordmayster” özündə güc taparaq vəziyyəti xeyrinə dəyişə bildi. Bununla belə, son saniyələrdə fərqlənən “Leyptsiq”in əfsanəsi Poulsen münhenlilərin çempionluğunu təxirə saldı.
Şənbə gününün digər matçları da maraqlı alındı. Münhenqladbaxda qapılara 8 qol vurulsa da, qalib müəyyənləşmədi. “Verder” “Union”la səfər oyununda 2 topluq üstünlüyü əldən verdisə, “Sankt Pauli” 9 nəfərlə qaldığı matçda evdə “Ştutqart”a minimal hesabla boyun əydi. Yüksəlişdə olan Dortmund “Borussiya”sı enişdə olan “Volfsburq”u 4 cavabsız qolla “kötəklədi”. Qələbəsiz seriyası 8 oyuna çatan “canavarlar” Ralf Hazenhyuttl ilə yolları ayırdılar. 57 yaşlı mütəxəssis ötən ilin martından bu vəzifəni icra edirdi. Komanda onun dönəmində keçirdiyi 44 oyundan 17 qələbə, 9 heç-heçə, 18 məğlubiyyətlə ayrılmış oldu. Son 6 turda hamıdan çox – 16 xal toplayan “Borussiya” isə “ÇL zonası” ilə xal fərqini 1-ə endirdi.
Bazar günü Almaniyanın diqqəti Frayburqa yönəlmişdi. Çünki “Bayer-04” bu şəhərdə qalib gələ bilməyəcəyi təqdirdə hətta riyazi cəhətdən də çempionluq şansını itirəcəkdi. Maraqlıdı ki, “Bavariya” kimi “Bayer-04” də oyunun gedişində iki top fərqi ilə geriyə düşdü. Leverkuzenlilər güc taparaq hər iki qolun əvəzini çıxsalar da, qələbə topunu vurmağa vaxt qalmadı.
Beləliklə, “Bavariya” tarixində 34-cü, son 13 ildə isə 12-ci çempionluğunu qazandı! Maraq üçün bildirək ki, “Bavariya”nın bu göstəricidə ən yaxın izləyicilərindən olan “Nürnberq”in 9, Dortmund “Borussiya”sının 8 çempionluğu var! Nəhayət, Keynin lənətinə də son qoyuldu. İngiltərə yığmasının ünlü kapitanı 31 yaşında peşəkar karyerasının ilk tituluna sahib çıxdı. Yayda Münhenlə vidalaşmağa hazırlaşan Tomas Müller karyerasında 34-cü titulunu qazandı. O, ən titullu almaniyalı futbolçuların siyahısında lider olan Toni Kroosa çatdı.
Bundan başqa, Müller “böyük beşlik”də çempionluq sayında (13) lider olan sabiq “Mançester Yunayted”li futbolçu Rayan Giqqzin də rekordunu təkrarladı. 2024-cü ili 3 titulla bitirən “Bayer-04” isə 2025-də titula həsrət qaldı.
32-ci tur
Lеyptsiq – Bavariya 3:3

Şeşko, 11. Klostermann, 39. Poulsen, 90+4 – Dayer, 62. Olise, 63. Sane, 83. (47800)
Leyptsiq: Vandevoordt, Nedelkoviç (Qeertruyda, 86), Klostermann, Lukeba, Raum, Zayvald, Aydara (Vermeeren, 69), Kampl (Baku, 78), Simons, Openda (Nusa, 86), Şeşko (Poulsen, 69).
Bavariya: Urbiq, Boe (Qoretska, 61), Dayer, Stanişiç, Laymer, Kimmix, Pavloviç, Olise, Sane, Qnabri (Palyinya, 88), Müller (Koman, 61).
Frayburq – Bayеr-04 2:2
Eqqeştayn, 44. İnkapye, 48-öz qapısına – Virts, 82. Ta, 90+3. (34700)
Bayer-04: Kovarj, Frimponq (Tella, 76), Tapsoba (Artur, 57), Ta, İnkapye, Qrimaldo, Caka, Qarsiya (Palasios, 57), Virts, Buendia (Adli, 58), Şik.
Borussiya D – Volfsburq 4:0
Girassi, 3; 59. Adeyemi, 69; 73. (81365)
Borussiya: Kobel, Ryuyerson, Zyule, Anton, Bensebayni, Svensson, Nmeça (Əmrə Can, 76), Qross (Zabitser, 82), Brandt (Dyuranvill, 76), Gittens (Adeyemi, 67), Girassi (Çukvuemeka, 82).
Maynts-05 – Ayntraxt F 1:1
Burkardt, 57 – Kristensen, 16. (33000)
Ayntraxt: Trapp, Kristensen, Tuta, Kox, Teate, Braun (Nkunku, 85), Larsson, Skiri, Knauff (Can Uzun, 74), Bahoya (Çaibi, 74), Ekitike (Batşuayi, 90+3).
Borussiya M – Hoffеnhaym 4:4
Kyarodia, 5. Rayts, 32. Onora, 64. Klayndinst, 90+1 – Çaves, 43. Bülter, 54. Hlojek, 73. Tabakoviç, 81. (52382)
Auqsburq – Holştayn 1:3
Munye, 90 – Matino, 25-p. Bernardsson, 40; 51. (28660)
Union – Verder 2:2
Rote, 33. Beneş, 84 – Staqe, 2; 15. (22012)
Sankt Pauli – Ştutqart 0:1
Voltemade, 88. (29526)
Haydenhaym – Bohum 0:0
(15000)
1. Bavariya 32 23 7 2 93-32 76
2. Bayer-04 32 19 11 2 68-37 68
3. Ayntraxt F 32 16 8 8 63-43 56
4. Frayburq 32 15 7 10 46-49 52
5. Borussiya D 32 15 6 11 64-49 51
6. Leyptsiq 32 13 11 8 51-45 50
7. Maynts-05 32 13 9 10 49-40 48
8. Verder 32 13 8 11 50-56 47
9. Borussiya M 32 13 6 13 55-54 45
10. Ştutqart 32 12 8 12 57-51 44
11. Auqsburq 32 11 10 11 34-45 43
12. Volfsburq 32 10 9 13 53-52 39
13. Union 32 9 10 13 33-47 37
14. Sankt Pauli 32 8 7 17 26-37 31
15. Hoffenhyaym 32 7 10 15 44-62 31
16. Haydenhaym 32 7 5 20 33-60 26
17. Holştayn 32 6 7 19 48-75 25
18. Bohum 32 5 7 20 30-63 22
Bombardirlər: Keyn (Bavariya) – 24, Şik (Bayer-04), Girassi (Borussiya D) – 19, Burkardt (Maynst-05), Klayndinst (Borussiya M) – 16.
Turun rəqəmi
33 – “Bayer-04” bir tərəfdən “gümüş cam”ı rəsmən “Bavariya”ya təhvil verməli oldusa, digər tərəfdən məhz münhenlilərə məxsis rekordu təkrarladı. “Aspirinlər”in bundesliqada səfərdə məğlubiyyətsiz seriyası 33 oyuna çatdı (23 qələbə, 10 heç-heçə). “Bavariya” bu göstəriciyə 2012-14-cü illərdə nail olmuşdu. Yəni son turda “Maynts-05”lə səfər matçında leverkuzenlilər turnirin yeni rekordunu müəyyənləşdirə bilər. Gələn mövsümün ilk 6 səfər oyununda da uduzmayacağı təqdirdə isə “Bayer-04” hətta “böyük beşliy”in də rekordunu yeniləyə biləcək. Çünki bu rekordu əlində saxlayan PSJ-nin səfərdə 39 oyunluq məğlubiyyətsiz seriyası bu həftə başa çatdı.
Turun ulduzu
Seru Girassi (Borussiya D) – Dortmundda ilk mövsümünü keçirən fransızəsilli qvineyalı forvard əla məhsuldarlıq nümayiş etdirməkdə və komandası üçün vacib qollar vurmaqdadı. Bu tur dubl etməklə o, “arılar”ın heyətində mövsümdə 43-cü rəsmi oyunda vurduğu qolların sayını 32-yə çatdırdı. 29 yaşlı hücumçu bunlardan 19-nu bundesliqada vurub. O ötən mövsüm “Ştutqart”ın heyətində də bundesliqada 28 qol vurmişdu. Bununla da Girassi bu turnirin tarixində ardıcıl iki mövsümdə iki fərqli klubun heyətində ən azı 19 qol vuran ikinci futbolçuya çevrildi! Daha öncə bunu bunu yalnız əfsanəvi Fridhelm Konitsa bacarmışdı (1964/65-də Dortmund “Borussiya”sı ilə 22 qol, 1965/66-da “Münhen 1860”la 26 qol).
Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Oyun hissələrə bölündü. İlk 15 dəqiqədə inamlı təsir bağışlasaq da, “Frayburq” sonradan üstünlüyü ələ keçirdi. Ötürmələrdə səhvlərimiz çox idi. Həm də rəqibə çox rahat hərəkət etməyə imkan verirdik. Fərqi minimuma endirəndən sonra geridönüş edə biləcəyimizə inanmağa başladıq. Son anlarda bərabərlik qolunu da vurduq. “Bavariya”nı çempionluq münasibəti ilə təbrik edirəm. Onlar həqiqətən də mövsümü ən sabit keçirən komanda oldular”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see276

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see245

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see235

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see225

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see211

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see206

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see205

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see204

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see199

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see194

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see192

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see182

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see174

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri