Icma.az
close
up
RU
“Bavariya” gümüş cama qələbə ilə qovuşdu

“Bavariya” gümüş cama qələbə ilə qovuşdu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tur cümə günü “Volfsburq”la “Hoffenhaym”ın məhsuldar heç-heçəsi ilə start götürdü.

“Canavarlar”a məşqçi dəyişikliyinin də faydası dəymədi və komandanın bundesliqada qələbəsiz seriyası 9 oyuna yüksəldi.
Şənbə gününün ilk oyunları meydan sahibləri üçün çox uğursuz alındı. “Leyptsiq”lə qolsuz bərabərə qalan “Verder” evdə uduzmayan yeganə komanda oldu. Yeri gəlmişkən, bu xal itkisi ilə “Leyptsiq” ilk “4-lüy”ə düşmək şansını itirdi. Bu da o deməkdi ki, “öküzlər” 2018/19-dan bəri ilk dəfə ÇL-dən kənar qaldılar! Evdə uduzan “Bohum” və “Holştayn” belə desək, əl-ələ verərək aşağı liqaya yollandılar. Hər iki klub son tur ərəfəsində elitada qalmaq şansını itirdi.
“Holştayn” bundesliqada tarixinin ilk mövsümünü keçirirdisə, “Bohum” 2021-dən bu turnirdə çıxış edirdi. “Haydenhaym” isə Berlində “Union”u darmadağın edərək ən azı 16-cı pilləni, yəni pley-offu təmin etdi. Çempionluğu ötən tur rəsmiləşdirən “Bavariya” bayram ab-havasında keçən matçda Münhenqladbax “Borussiya”sını qəbul etdi. Düzdü, münhenqladbaxlılar tarixən “Bavariya” üçün ən uğursuz rəqib sayılır. Ancaq enişdə olan və son 5 turda qələbəyə həsrət qalan bu komanda “Alyants Arena”dakı bayram əhval-ruhiyyəsini korlaya bilmədi. Hər hissədə bir qol vuran “rekordmaytser” asan qələbə qazandı.
Final fitindən sonra adəti üzrə “pivə hamamı” başladı və çempiona gümüş cam təqdim olundu. Nəhayət, Keyni də ilk dəfə kubok qaldırarkən gördük...
Yeri gəlmişkən, sona bir tur qalmış hesabında 79 xal olan Münhen nəhəngi son 5 ilin ən yaxşı mövsümünü keçirir. Sonuncu dəfə komanda bundan daha çox (82) xalı 2019/20-də toplayıb.
Bazar gününün qarşılaşmaları məhsuldar alındı. Turun mərkəzi oyununda Dortmund “Borussiya”sı Leverkuzaendə “Bayer-04”ü “kötəklədi” və yüksəlişini davam etdirdi. Bunu gözləmək olardı. Çünki “Bayer-04” meydana faktiki motivasiyasız çıxmışdısa, “arılar” ÇL-ə vəsiqə üçün can qoydular. “Borussiya” ardıcıl 4-cü, son 7 turda 6-cı qələbə sayəsində işinin böyük hissəsinin öhdəsindən gəlmiş oldu. “Ayntraxt” isə bu tur evdə “Sankt Pauli”ni məğlub edə bilməməklə əksinə, işini çətinə salmış oldu. Son tur ərəfəsində “Borussiya” 4-cü pillədəki “Frayburq”dan 1, 3-cü pillədəki “Ayntraxt”dan 3 xal geridədi.
İlk baxışdan komandanın taleyi öz əlində deyil. Amma heç də belə deyil. Çünki son turda “Frayburq”la “Ayntraxt” bir-biri ilə qarşılaşacaq. Yəni “Borussiya” artıq elita ilə vidalaşan “Holştayn”ı evdə ən azı 2 top fərqi ilə məğlub edəcəyi təqdirdə Frayburqdakı oyunun nəticəsindən asılı olmayaraq ÇL-ə vəsiqə qazanacaq!
33-cü tur
Bavariya – Borussiya M 2:0

Keyn, 31. Olise, 90. (75000)
Bavariya: Noyer, Laymer, Dayer, Stanişiç (Sane, 62), Gerreyro (Palyinya, 83), Kimmix, Qoretska, Olise, Müller (Qnabri, 84), Koman (Pavloviç, 63), Keyn (Vidoviç, 90+3).
Bayеr-04 – Borussiya D 2:4
Frimponq, 30. Hofmann, 90+2 – Brandt, 33. Ryuyerson, 43. Adeyemi, 73. Girassi, 77. (30210)
Bayer-04: Qradetski, Frimponq, Tapsoba, Ta, İnkapye (Artur, 78), Qrimaldo, Caka (Qarsiya, 78), Andrix (Palasios, 67), Adli (Şik, 59), Virts, Tella (Hofmann, 59).
Borussiya: Kobel, Ryuyerson (Kouto, 87), Zyule, Anton, Bensebayni, Svensson, Nmeça (Zabitser, 46), Qross (Salih Özcan, 82), Brandt (Gittens, 87), Adeyemi (Əmrə Can, 74), Girassi.
Verder – Lеyptsiq 0:0
(42000)
Leyptsiq: Qulaçi, Nedelkoviç, Klostermann, Bitşiabu, Lukeba, Baumqartner (Baku, 79), Zayvald, Vermeeren (Qomis, 87), Simons, Openda (Poulsen, 69), Şeşko (Nusa, 69).
Ayntraxt F – Sankt Pauli 2:2
Kristensen, 1. Batşuayi, 71 – Saliakas, 4. Gilavogi, 15. (58000)
Ayntraxt: Trapp, Kristensen, Tuta (Can Uzun, 61), Kox, Teate, Braun, Larsson, Skiri (Çaibi, 69), Knauff (Kollins, 79), Bahoya (Batşuayi, 46), Ekitike.
Holştayn – Frayburq 1:2
Rozenboom, 24 – Manzambi, 45+2. Höler, 58. (15034)
Bohum – Maynts-05 1:4
Holtmann, 84 – Əmiri, 45+3. Mvene, 53. Burkardt, 73. Nebel, 90+3. (26000)
Volfsburq – Hoffеnhaym 2:2
Esteqor, 1-öz qapısına. Vind, 81 – Kaderjabek, 34. Bülter, 84. (20145)
Ştutqart – Auqsburq 4:0
Atakan Karazor, 8. Voltemade, 51. Miyo, 80. Demiroviç, 87. (59000)
Union – Haydenhaym 0:3
Bek, 12; 73. Şöppner, 56. (22012)
1. Bavariya 33 24 7 2 95-32 79
2. Bayer-04 33 19 11 3 70-41 68
3. Ayntraxt F 33 16 9 8 65-45 57
4. Frayburq 33 16 7 10 48-50 55
5. Borussiya D 33 16 6 11 68-51 54
6. Maynts-05 33 14 9 10 53-41 51
7. Leyptsiq 33 13 12 8 51-45 51
8. Verder 33 13 9 11 50-56 48
9. Ştutqart 33 13 8 12 61-51 47
10. Borussiya M 33 13 6 14 55-56 45
11. Auqsburq 33 11 10 12 34-49 43
12. Volfsburq 33 10 10 13 55-54 40
13. Union 33 9 10 14 33-50 37
14. Sankt Pauli 33 8 8 17 28-39 32
15. Hoffenhyaym 33 7 11 15 46-64 32
16. Haydenhaym 33 8 5 20 36-60 29
17. Holştayn 33 6 7 20 49-77 25
18. Bohum 33 5 7 21 31-67 22
Bombardirlər: Keyn (Bavariya) – 25, Girassi (Borussiya D) – 20, Şik (Bayer-04) – 19, Burkardt (Maynst-05) – 17, Klayndinst (Borussiya M) – 16.
Sonuncu turun oyunları mayın 17-də keçiriləcək: Borussiya M – Volfsburq, Auqsburq – Union, Sankt Pauli – Bohum, Borussiya D – Holştayn, Frayburq – Ayntraxt F, Haydenhaym – Verder, Hoffеnhaym – Bavariya, Maynts-05 – Bayеr-04, Lеyptsiq – Ştutqart.
Turun rəqəmi
100 – Seru Girassi bundesliqada yubiley – 100-cü oyununu keçirdi və 63-cü qolunu vurdu. Qvineyalı forvard bu oyunlardan 21-ni “Köln”ün, 50-ni “Ştutqart”ın, 29-nu “Borussiya”nın heyətində keçirib. O, bu 100 oyunda 63 dəfə fərqlənib ki, bu da legionerlər arasında turnirin tarixinin ən yaxşı ikinci göstəricisidi. Yalnız niderlandlı Roy Makaay bundesliqada ilk 100 oyunda Girassidən daha çox (64) qol vurub. İndi bu rəqəmləri bundesliqada 62 oyuna 61 qol vuran Keynin göstəricisi ilə müqayisə edin...
Turun ulduzu
Adrian Bek (Haydenhaym) – 27 yaşlı yarımmüdafiəçi bu tur dubl edən yeganə futbolçu oldu. Onun qolları sayəsində qalib gələn debütant “Haydenhaym” ən azı birbaşa elitanı tərk edən klublar arasına düşmədi. Bu kollektiv ən pis halda mövsümü 16-cı pillədə tamamlayaraq elitada qalmaq uğrunda pley-off oyununda iştirak edəcək. Son turda möcüzə baş versə, “Haydenhaym” hətta mövsümü 15-ci pillədə də bitirə bilər. Maraqlıdı ki, Bek buna qədər cari mövsümdə cəmi 2 dəfə fərqlənmişdi. Son qolunu isə o, yanvarda “Union”a vurmuşdu.
Turun sitatı
Tomas Müller, “Bavariya”nın forvardı (“Alyans Arena”da fanatlarla sağollaşmaq üçün mikrofonu əlinə alaraq bunları deyir):

“Hansı sözlərlə vidalaşmaq lazım olduğunu bilmirəm. Mənə maraqlı gələn bir lətifə tapmışam. Bir gün 3 uşaq ölüm ayağında olan atanın başına toplaşırlar. Həmin an mətbəxdə ana atanın sevimli piroqunu bişirir. Ata uşaqlardan birini mətbəxə yollayaraq ölümündən öncə həmin piroqdan dadmaq istədiyini deyir. Bu, onun son arzusu olur. Uşaq isə mətbəxdən piroqsuz qayıdır. Ata təəccüblü şəkildə uşağa baxır və nə üçün piroqu gətirmədiyini soruşur. Sən demə, ana deyibmiş ki, bu piroq yalnız yas mərasimi üçün nəzərdə tutulub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri