Icma.az
close
up
RU
“Bavariya” parlaq qələbə ilə böhrandan çıxdı

“Bavariya” parlaq qələbə ilə böhrandan çıxdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Tur ötən həftənin cümə günü paytaxtda start götürdü.

"Football-plus.az" xəbər verir ki, dərin böhrana düşən “Ayntraxt” Albert Rieranın debüt oyununda qalib gəlməyə yaxın olsa da, 1 xalla kifayətləndi. Bu təqvim ilində hələ də qələbəsi olmayan və bütün turnirlərdə qələbəsiz seriyası 9 oyuna yüksələn Frankfurt təmsilçisi ən azı 4 oyunluq məğlubiyyət seriyasına son qoymağı bacardı.
Elə “Verder”də də baş məşqçinin debütü istənilən səviyyədə alınmadı. Daniel Tyunenin debüt matçında Frayburqdan əliboş dönən və noyabrın əvvəllərindən bəri bundesliqada qələbəsi olmayan “musiqiçilər” artıq pley-off zonasına qədər geriləyib. Əvəzində “Maynts-05”in yüksəlişi davam edir. Ardıcıl 3-cü qələbəni bayram edən “karnavalçılar”ın budəfəki qurbanı “Auqsburq” oldu. Əlində sanki sehirli dəyənək olan Urs Fişer sonuncu pillədə qəbul etdiyi komandanı artıq 14-cü pilləyə yüksəldib!
Tur Hamburq təmsilçiləri üçün çox uğurlu alındı. Bu şəhərin eyniadlı komandası autsayder “Haydenhaym”a hər hissədə bir cavabsız qol vurmaqla mövsümdə ilk səfər qələbəsini qazandı. “Sankt Pauli” isə yaxşı formada olan və son 4 rəsmi matçın hamısından qələbə ilə ayrılan “Ştutqart”ı yenməklə turun əsas sürprizinə imza atdı. Şvabiyalıların bu məğlubiyyətindən “Leyptsiq” gözəl faydalandı. Səfərdə “Köln”dən üstün olan “öküzlər” 4-cü pilləyə yüksəldilər. “Bayer-04” Münhenqladbax səfərində heç-heçə ilə kifayətlənməli oldu.
Dortmund “Borussiya”sı isə böyük çətinliklə də olsa, “Volkvagen Arena”da favorit statusunu doğrultmağı bacardı. Girassi 87-ci dəqiqədə fərqlənməklə komandasının xal itkisinin qarşısını aldı. “Arılar”ın bundesliqada qələbə seriyası 5, məğlubiyyətsiz seriyası 14 oyuna yüksəldi.
Turun mərkəzi oyunu ümidləri doğrultmadı. Tarixinin ən yaxşı mövsümlərindən birini keçirən və Münhenə 5 oyunluq qələbə seriyası ilə gələn “Hoffenhaym” liderlə qarşılaşmada pərən-pərən düşdü. Bunda hakimin də müəyyən rolu oldu. Artıq 17-ci dəqiqədə Akpoquma “kəndçilər”i azlıqda qoydu. Təcrübəli hakim Tobias Ştiler onun Diasa qarşı hərəkətini həm penalti, həm də müəmmalı şəkildə “son ümid folu” kimi qiymətləndirdi. Noyerin kobud səhvindən sonra Kramariç bərabərlik qolunu vuraraq intriqanı qısa müddətə bərpa etsə də, qalan vaxtda “Bavariya” rəqibə göz açmağa imkan vermədi. Beləliklə, son iki turda sürpriz xallar itirən və “Borussiya”ya 5 xalı “əritməyə” imkan verən Münhen nəhəngi fanatlarını növbəti parlaq qələbə ilə sevindirdi.
21-ci tur
Bavariya – Hoffenhaym 5:1

Keyn, 20-p.; 45-p. Dias, 45+2; 62; 89 – Kramariç, 35. (75000)
Bavariya: Noyer, Stanişiç, Upamekano, Ta (İto, 63), Devis (Laymer, 80), Kimmix, Pavloviç, Olise (Karl, 63), Qnabri (Musiala, 63), Dias, Keyn (Cekson, 68).
Volfsburq – Borussiya D 1:2
Kulierakis, 52 – Brandt, 38. Girassi, 87. (28917)
Borussiya: Kobel, Ryuyerson (Fabio Silva, 69), Zyule (Bensebayni, 88), Anton, Şlotterbek, Svensson, Bellingem, Nmeça (Salih Özcan, 88), Bayer (Reccyani, 90+5), Brandt (Çukvuemeka, 88), Girassi.
Borussiya M – Bayer-04 1:1
Engelhardt, 10 – Zander, 44-öz qapısına. (47599)
Bayer-04: Blasvix, Artur, Kuansa, Bade (Poku, 46), Tapsoba, Qrimaldo, A.Qarsiya (Andrix, 88), Fernandes (Palasios, 65), Tillman, Hofmann (Terrye, 80), Şik (Kofane, 80).
Union – Ayntraxt F 1:1
Kverfeld, 87-p. – Braun, 84. (22012)
Ayntraxt: Santos, Doan (Amaimuni, 82), Kristensen, Teate (Amenda, 90+3), Kox, Braun, Larsson, Höylunn, Çaibi (Bahoya, 67), Götse (Mahmud Dahud, 82), Kalimuendo.
Sankt Pauli – Ştutqart 2:1
Saliakas, 35. Sinani, 55 – Levelinq, 90. (29546)
Ştutqart: Nübel, Vaqnoman (Assinyon, 69), Yeltş, Hendriks, Mittelştadt, Ştiller, A.Karazor (Andres, 85), Əl-Xannus (Levelinq, 46), Dəniz Undav, Fürix (Buanani, 69), Demiroviç (Arevalo, 85).
Köln – Leyptsiq 1:2
Tilmann, 51 – Baumqartner, 29; 56. (49000)
Leyptsiq: Qulaçi, Henrixs (Baku, 64), Orban, Zayvald, Raum, Şlager, Baumqartner, Qruda (Banzuzi, 82), Diomande (Qomis, 82), Nusa (Finkqrafe, 90+6), Romulo (Harder, 64).
Frayburq – Verder 1:0
Beste, 13. (347000)
Maynts-05 – Auqsburq 2:0
Əmiri, 8-p.; 80-p. (31111)
Haydenhaym – Hamburq 0:2
Keniqsdorffer, 45+3. Filipp, 78. (15000)
1. Bavariya 21 17 3 1 79-19 54
2. Borussiya D 21 14 6 1 43-20 48
3. Hoffenhaym 21 13 3 5 44-28 42
4. Leyptsiq 21 12 3 6 40-28 39
5. Ştutqart 21 12 3 6 38-28 39
6. Bayer-04 20 11 3 6 39-27 36
7. Frayburq 21 8 6 7 32-33 30
8. Ayntraxt F 21 7 7 7 41-46 28
9. Union 21 6 7 8 26-34 25
10. Köln 21 6 5 10 30-34 23
11. Hamburq 20 5 7 8 21-29 22
12. Borussiya M 21 5 7 9 25-34 22
13. Auqsburq 21 6 4 11 24-39 22
14. Maynts-05 21 5 6 10 25-33 21
15. Volfsburq 21 5 4 12 29-44 19
16. Verder 21 4 7 10 22-39 19
17. Sankt Pauli 21 4 5 12 20-35 17
18. Haydenhaym 21 3 4 14 19-47 13
Bombardirlər: Keyn (Bavariya) – 24, Dias (Bavariya) – 13, Dəniz Undav (Ştutqart) – 11, Olise (Bavariya), Tabakoviç (Borussiya M) – 10.
Turun rəqəmi
79 – fenomenal dərəcədə məhsuldar mövsüm keçirən “Bavariya” son iki turda yalnız 3 qol vurmuşdu. Münhen nəhəngi bunun acığını “Hoffenhaym”dan çıxdı. Düzdü, rəqib uzun müddət azlıqda oynamalı oldu. “Rekordmayster” bu mövsüm bundesliqada 7-ci dəfə bir oyunda ən azı 5 top vurdu. Bunun məntiqi nəticəsi kimi Münhen nəhəngi yenə belə desək, qrafikdən irəlidə gedir. 21 tura 79 qol bundesliqa tarixinin yeni rekordudu. Əbədi rekordu yeniləmək üçün komanda qalan 13 turda yalnız 23 qol vurmalıdı. Belə ki, “Bavariya” 1971/72 mövsümünü 101 qolla tamamlayıb.
Turun ulduzu
Luis Dias (Bavariya) – Almaniyada ilk mövsümünü keçirməsinə baxmayaraq, özünü suda balıq kimi hiss edən kolumbiyalı vinger əla performans sərgiləyir. Dias tura 3-cü pillədə daxil olan bir rəqiblə qarşılaşmada bundesliqada ilk het-trikini rəsmiləşdirdi. Onun qazanılan hər iki penaltidə, eləcə də rəqibin azlıqda qalmasında da baş rol oynadığını nəzərə alsaq, sözsüz, turun əsas qəhrəmanıdı. Bu mövsüm bundesliqada keçirdiyi 20 oyunda hesabında 13 qol olan Dias bombardirlər yarışında ikinci pillədə qərarlaşıb.
Turun sitatı
Kristian İltsner, “Hoffenhaym”ın baş məşqçisi:

“Hakim qırmızı vərəqə ilə bağlı epizodda açıq-aşkar səhvə yol verdi. Bunu hər kəs gördü. Orda nəinki qırmızı vərəqə, heç qayda pozuntusu da yox idi! Qaydanı pozan var idisə, Dias özü idi. Stadiona gələnlər və ekran arxasında əyləşənlər baxımlı futbol izləmək arzusundaydılar. Təəssüf ki, hakimin bu qərarı onları belə oyundan məhrum etdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri