Qırğızıstanda ƏMƏLİYYAT: Aeroportda qaçaqmalçılar...
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Şımkənd (Qırğızıstan) hava limanında dəyəri 227,8 milyon tengə (503 min dollar) olan təxminən 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb.
Bakıvaxtı.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nəqliyyat Prokurorluğundan bildirilib.
"Özbəkistan vətəndaşları qiymətli metalı Şımkənd hava limanı vasitəsilə qeyri-qanuni olaraq Türkiyəyə aparmağa cəhd ediblər. Qızılı gömrük nəzarətindən gizlətmək üçün onun zərrəcikləri çamadanların daxili astarına və baqajın qablaşdırmasına çəkilib", - məlumatda qeyd olunub.
Baş Nəqliyyat Prokurorluğunun vəsatətləri əsasında aşkar edilmiş qızıl müsadirə olunub. Şübhəli şəxslər beynəlxalq axtarışa verilib.
Məhkəməyəqədərki istintaq davam edir.
Baxış sayı:146
Bu xəbər 30 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















