Atatürkü Azərbaycanda niyə bu qədər sevirik?
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“1921-ci ilin Ankarası hələ müharibənin içində nəfəs alan, xəzinəsi boşalmış, hökumətini dünyanın böyük paytaxtlarının ciddiyə almadığı kiçik bir Anadolu şəhəri idi. Məhz o günlərdə Bakıdan gələn İbrahim Əbilov bu şəhərdə səfirlik açan ilk elçilərdən biri oldu və Mustafa Kamalın hökumətinə tanınmanın, dəstəyin nə demək olduğunu ilk göstərənlərdən biri Azərbaycan oldu”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
“Bu dəstək diplomatik nəzakətlə də bitmədi. Qurtuluş savaşının ən çətin aylarında Bakıdan Anadoluya neft, kerosin və pul göndərildi, cəbhədə hərəkət edən maşınların, gecələr yanan lampaların yanacağında Abşeron torpağının da payı oldu. Elə həmin ilin oktyabrında Qarsda imzalanan müqavilə Naxçıvanın Azərbaycanın himayəsində qalmasını təsbit etdi və Türkiyəni bu statusun zamini etdi. Bu gün Naxçıvanın Azərbaycan torpağı olaraq qalmasında o imzanın böyük rolu var. Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri də elə bu illərin ruhundan doğdu və yüz ildir hər iki xalqın yaddaşında yaşayır. Bakının mərkəzində onun adını daşıyan prospektdən keçəndə, parkdakı heykəlinin önünə qoyulan təzə gülləri görəndə anlayırsan ki, Azərbaycanın Atatürkə sevgisi çətin gündə uzadılan əlin, birgə yaşanan taleyin xatirəsidir və bu xatirə nəsildən-nəslə ötürülərək bu günə qədər gəlib çatıb”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Oktyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















