Icma.az
close
up
RU
“Bavariya” treblə doğru daha bir addım atdı

“Bavariya” treblə doğru daha bir addım atdı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bavariya” üçün son illərdə ölkə kubokundakı macəralar uğurlu alınmırdı. Zarafat deyil, turnirin 20 qat qalibi 2020-dən bəri heç finala da yüksələ bilmirdi. Bu, XXI əsrdə “rekordmayster”in kubokda finala həsrət qaldığı ən böyük dönəm idi.

Bu uğursuz seriyaya son qoymaq üçün Münhen nəhəngi Leverkuzenə səfər etmişdi. Martın ortalarında bu komandaların bundesliqa çərçivəsində “BayArena”da keçirilən oyunu qalmaqallı hakimliklə əlamətdar olmuş, 1:1-lik bərabərliklə yekunlaşmışdı. Amma bu dəfə Vensan Kompaninin “qol maşını” “Bayer-04”ə yerini göstərdi.
Ən güclü heyətlə meydana çıxan Almaniya futbolunun flaqmanı gözləniləndən də asan qələbə qazandı. Hesabı hissənin ortalarında, təbii ki, Keyn açdı. İngiltərəli qoleador o qədər məhsuldar mövsüm keçirir ki, artıq onun bir oyunda meydanı qolsuz tərk etməsi təəccüblü görünür. Ardıcıl 6-cı rəsmi oyunda fərqlənən ünlü forvard bu mövsüm “Bavariya”nın heyətində 45-ci oyunda 53-cü qolunu vurdu!
Yeri gəlmişkən, Keyn bu mövsüm kubokda 7-ci qolunu vurdu. XXI əsrdə bu turnirdə bir mövsümə yalnız Tomas Müller (2013/14, 8) daha çox qol vurub. Meydan sahiblərinin matçboyu “çərçivə”yə yeganə zərbəsi 52-ci dəqiqəyə təsadüf etdi və Noyer komandasını xilas etdi. Onun həmkarı Flekken isə matçı 9 seyvlə tamamladı. Ancaq bu performans yetərli olmadı. Yekun nəticəni son anlarda Qoretskanın ötürməsindən sonra Dias müəyyənləşdirdi. Yan xətt hakimi əvvəlcə bayrağı qaldırsa da, VAR-ın müdaxiləsindən sonra qol qeydə alındı.
Beləliklə, bundesliqada artıq çempionluğu rəsmiləşdirən və kubokda adını finala yazdıran “Bavariya” Avropada trebl şansını davam etdirən yeganə klubdu.
Maraqlıdı ki, münhenlilərin qadınlardan ibarət komandasının da trebl şansı davam edir. “Bavariya” bir mövsümdə həm kişi, həm də qadın futbolunda trebl edən ilk komanda kimi futbol tarixinə düşə bilər!
yarımfinal
Bayer-04 – Bavariya 0:2
Keyn, 22. Dias, 90+3.
Bayer-04: Flekken, Vaskes (Poku, 39), Kuansa, Andrix (Tillman, 84), Tapsoba, Qrimaldo, Palasios, A.Qarsiya, Maza, Tella (Kalbret, 77), Şik.
Bavariya: Noyer, Stanişiç, Upamekano, Ta, Laymer (Devis, 74), Kimmix, Pavloviç (Qoretska, 74), Olise, Musiala (Kim Min Ce, 84), Dias, Keyn.
Ştutqart – Frayburq 2:1, əlavə vaxtda
Undav, 70. Tomaş, 119 – Eggeştayn, 28.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri