Bavi tayfunu qurbanlarının sayı 17 yə çatıb
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Filippin ərazisində "Bavi" tayfununun fəsadları nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi katibinin müavini Bernardo Alexandro "Dobol B TV" telekanalının efirində bildirib.
"Daxil olan məlumatlara görə, 17 nəfər həlak olub. Qurbanların əsas hissəsi Saranqani əyalətində yerləşən Malapatan bələdiyyəsinin payına düşür", - o bildirib.
Bir neçə nəfər itkin düşmüş hesab olunur, hazırda məlumat dəqiqləşdirilir.
Təbii fəlakətin fəsadlarından bütün dövlət ərazisində 112 min ailə zərər çəkib. Ölümlərin böyük hissəsi şiddətli leysanların səbəb olduğu torpaq sürüşmələri nəticəsində baş verib. Təxminən 2 900 ailə sığınacaqlara köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 11 İyul 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















