Icma.az
close
up
RU
Bayden administrasiyasının son həmlələri Canet Yellen Çini Rusiyaya yardımı dayandırmağa çağırıb AzPolitika onlayn siyasiictimai qəzet

Bayden administrasiyasının son həmlələri Canet Yellen Çini Rusiyaya yardımı dayandırmağa çağırıb AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin maliyyə naziri Canet Yellen Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen müzakirələr aparıb. Canet Yellen ilk növbədə çinli həmkarını Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya maliyyə dəstəyinin Pekin üçün ciddi nəticələrini olacağını bildirib. O bu açıqlamayla Pekinin Rusiyaya maliyyə yardımını dayandırmağa çağırıb. Tərəflər eyni zamanda hər iki ölkədəki makroiqtisadi dəyişiklikləri müzakirə ediblər.

Onlar həmçinin keçən il birgə təsis etdikləri iqtisadi və maliyyə məsələləri üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçiriblər.

ABŞ maliyyə naziri Çinin kiber fəaliyyətlərdən narahatlığını də səsləndirib. O bunun ikitərəfli iqtisadi əlaqələrə mənfi təsir etdiyin vurğulayıb.

Bundan başqa amerikalı maliyyəçi Çinin qeyri-bazar üsulllarıyla ticarət aparmasına toxunub. Bu arada, “Wall Street Journal” amerikalı biznesmenlərinin investisiyalarını Çindən başqa ölkələrə köçdüyünü yazıb. Bu durum Pekinin iqtisadi problemləri və Amerika şirkətlərinin Çində uğur qazanmasını çətinləşdirdiyi bir vaxtda təsadüf edib. Donald Trampın Ağ Evə qaydışı da iki ölkə arasındakı iqtisadi münasibətlərə yaxşı heç nə vəd etmir.

ABŞ-ın maliyyə naziri çinli həmkarıyla iqtisadi əlaqələri müzakirə edərkən Ağ Ev sahibinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin regional rəqibi olan Hindistana səfər edib. Səfərin məqsədi iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi yollarının müzakirəsi olub. ABŞ və Hindistan hərbi-texniki əməkdaşlıqla yanaşı, mülki kosmos sahəsində də tərəfdaşlığı genişləndirməyi hədəfləyirlər. ABŞ Hindistanda reaktiv mühərriklərin birgə istehsalını planlaşdırıb. Sallivan Dehlidə Çinin yaratdığı çətinlikləri və onların aradan qaldırılmasında Hindistan-ABŞ əməkdaşlığının əhəmiyyətindən danışıb. Sallivan ayrıca, Dehlidə “Birləşmiş Ştatlar və Hindistan: Ortaq gələcəyin qurulması” adlı tədbirdə çıxış edib. O çıxışında regionda daha böyük təhlükəsizliyin təmin edilməsində iki ölkənin əməkdaşlığının rolunu qeyd edib. Ceyk Sallivanın sözlərinə görə, Prezident Baydenin və Baş nazir Narendra Modi Çindən asılı olan sektorlarda istehsalı stimullaşdıran milli proqramlara investisiya qoymağı prioritet hesab etdikləri qənaətindədirlər.

Bayden, hakimiyyəti Trampa təhvil verdiyinə görə, Hindistanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafıyla yeni administrasiya məşğul olacaq. 2000-ci illərdən başlayaraq iki ölkə arasında hərbi əməkdaşlığın miqyası artıb, vacib olan yarımkeçiricilərin birgə istehsalı proqramları mövcuddur. Amerika və Hindistan startapları hərbi tətbiqlər üçün yeni texnologiyalar hazırlamaq üçün birlikdə işləyirlər. Vaşinqton Hindistanla yanaşı Yaponiya və Cənubi Koreya ilə də strateji müttəfiqliyi yeni səviyyəyə qaldırmaq istəyir. Bu dövlətlər kosmosun birlikdə kommersiya tədqiqatlarını genişləndirməyə çalışırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Yanvar 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri