Icma.az
close
up
RU
Bayden son beynəlxalq səfərini hara edəcək, kiminlə görüşəcək? Ağ Ev açıqladı

Bayden son beynəlxalq səfərini hara edəcək, kiminlə görüşəcək? Ağ Ev açıqladı

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ prezidenti Co Bayden yanvar ayında İtaliyaya səfər edərək Roma Papası və İtaliya rəsmiləri ilə görüş keçirəcək.  

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin bəyanatında bildirilib.  

Açıqlamada qeyd edilir ki, Bayden 9-12 yanvar tarixlərində Romaya səfər edərək Papa Fransisk, İtaliya prezidenti Sergio Mattarella və baş nazir Corcia Meloni ilə ayrı-ayrılıqda görüşəcək.  

"Prezident, həmçinin, İtaliya rəhbərliyi ilə görüşərək ABŞ-İtaliya münasibətlərinin möhkəmliyini vurğulayacaq, baş nazir Meloniyə G7-dəki güclü liderliyinə görə təşəkkür edəcək və dünyanın qarşılaşdığı mühüm çağırışları müzakirə edəcək”, – bəyanatda deyilir.  

AP agentliyi qeyd edir ki, ABŞ prezidentliyinin son mərhələsində edilən belə xarici səfərlər qeyri-adi hesab olunur.  

Sonuncu dəfə ABŞ prezidenti Corc Buş 1993-cü ilin yanvarında Moskvanı ziyarət edərək nüvə müqaviləsini imzalayıb, həmçinin Bosniya müharibəsi ilə bağlı Fransanın prezidenti Fransua Mitteranla danışıqlar üçün Parisə səfər edib.  

Xatırladaq ki, dekabrın 17-si, çərşənbə axşamı, ABŞ-ın bütün 50 ştatında Seçici Kollegiyası toplanaraq Kamala Harrisi 226 səsə qarşı 312 səslə məğlub edən Donald Trampı ABŞ-ın 47-ci prezidenti seçib.  

Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin 20 yanvar 2025-ci ildə keçiriləcək andiçmə mərasimində iştirak edə biləcəyini istisna etməyib.  

Bundan əvvəl KİV-də məlumat yayılıb ki, ABŞ-ın yeni seçilmiş prezidentinin komandası Çin lideri Si Szinpinə dəvət göndərib, lakin Si həmin təklifi rədd edib.  

CNN telekanalının məlumatına görə, dəvətlilər arasında İtaliyanın baş naziri Corcia Meloni də var.  


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri