Icma.az
close
up
RU
Bayden tarixi qarışdırıb, Putini 47 ildir tanıdığını iddia edib

Bayden tarixi qarışdırıb, Putini 47 ildir tanıdığını iddia edib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Co Bayden ilk sammitin tarixini Rusiya lideri Vladimir Putinlə səhv salıb.

Bizimyol.info xəbər verir ki, bazar günü axşam Ağ Evdə Konqresin yeni Demokrat üzvləri qarşısında danışan Bayden Rusiya liderini 47 ildən artıqdır ki, tanıdığını da iddia edib.

Hakimiyyəti təhvil verməyə hazırlaşan Amerika administrasiyasının rəhbəri digər məsələlərlə yanaşı, beynəlxalq arenadakı vəziyyətə də toxunub. “Mən Putini 47 ildən çoxdur tanıyıram”, - deyən Baydenin çıxışı "C-SPAN" tərəfindən yayımlanıb.

"Seçildiyimiz vaxtdan and içmədən əvvəl onunla görüşməyimizi xatırlayıram. Və ya dərhal sonra. Yox, bağışlayın, ondan əvvəl. Xeyr, düzdür, vəzifəyə gəldikdən dərhal sonra, fevralın əvvəlində", - deyə 20 yanvar 2021-ci ildə andiçmə mərasimi olan Bayden davam edib.

ABŞ prezidentinin sözlərinə görə, o, “silahlara nəzarət və nüvə silahları üzrə dialoqun bərpası haqqında danışmaq istəyirib”, Rusiya lideri isə “Rusiyanın necə dəyişdiyi və sair haqqında” danışmağa başlayıb. Dövlət başçıları kimi Putin və Bayden 2022-ci il fevralın 12-də telefonla, ondan əvvəl isə 2021-ci ilin sonunda şəxsən danışıblar. Bir az əvvəl onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Putin və Bayden arasında liderlər kimi yeganə üz-üzə görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.

2024-cü ilin iyununda Bayden ABC telekanalına müsahibəsində Rusiya prezidentini “40 ildən artıqdır” tanıdığını iddia etdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında Ağ Ev rəhbərinə Putini bu qədər uzun müddət necə tanıdığını yoxlamağı təklif edib. Bayden Delaver ştatından olan senator kimi 1970-ci illərin sonundan bəri bir neçə dəfə SSRİ-yə səfər edib.

Halbuki həmin illərdə Putinin 30-a yaxın yaşı var idi və o, SSRİ DTK-nın strukturlarında xidmət edib, 1985-ci ildə isə ADR-ə işləməyə göndərilib və 1990-cı illərə qədər orada qalıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see399

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see394

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see306

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see294

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see289

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see287

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see268

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see265

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see265

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see262

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see257

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see252

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see250

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see240

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see239

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see233

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see223

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see218

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see212

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri