Bayden Trampın ona yazdığı vida məktubunu ilk dəfə açıqladı
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin sabiq prezidenti Co Bayden Donald Trampın 2021-ci ildə Ağ Evdən ayrılarkən ona ünvanladığı vida məktubunun məzmununu ilk dəfə ictimaiyyətə açıqlayıb.
Gununesi.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bayden məktubun mətnini yeni nəşr olunan “Mənə söz ver, Amerika” (“Promise Me, America”) adlı kitabında təqdim edib.
Ağ Evin rəsmi blankında qara markerlə yazılmış və Tramp tərəfindən imzalanmış məktubun məzmunu onun Bayden və 2020-ci il prezident seçkiləri ilə bağlı ictimai açıqlamalarından ciddi şəkildə fərqlənir.
“Sizin başınıza belə bir şey gəlməyəcək, çünki Amerika xalqını nə qədər çox sevdiyinizi bilirəm”, – Tramp məktubunda yazıb.
Bayden kitabında məktubu oxuyarkən sanki iki fərqli Trampla qarşılaşdığını bildirib.
Onun sözlərinə görə, bir tərəfdən Tramp Amerika demokratiyasını ciddi şəkildə sarsıdıb, digər tərəfdən isə məktubunda köhnə dost kimi səmimi ifadələrlə ona ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, Bayden daha əvvəl Trampın 2024-cü ildə ona yaxşı dost ola biləcəklərini söylədiyini də açıqlamışdı.
Baxış sayı:70
Bu xəbər 11 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















