Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

BAYDENİN İCAZƏSİ: TRAMP ÜÇÜN HƏDİYYƏ! Kiyevə verilən “raket icazəsi” Trampın əlini necə gücləndirir? AzPolitika onlayn siyasiictimai qəzet

BAYDENİN İCAZƏSİ: TRAMP ÜÇÜN HƏDİYYƏ! Kiyevə verilən “raket icazəsi” Trampın əlini necə gücləndirir? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Co Baydenin Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisini vurmağa icazə verməsi xəbəri yayılan kimi, əksər şərhçilər bunu “Baydenin Trampa son pisliyi”, “Baydenin Trampın qucağına atdığı qara pişik” və s. kimi qiymətləndirdilər. O mənada ki, Putinlə “dil tapmağı” planlaşdıran Tramp guya bu qərar nəticəsində çətin duruma düşəcək, Kreml daha da aqressivləşəcək və yeni ABŞ Prezidentinin Putini sülhə razı salması çətinləşəcək.

Ancaq nə işdirsə, həmin şərhçilərdən fərqli olaraq, Trampın keçid administrasiyası bu xəbərə heç də kəskin mənfi reaksiya vermədi. Əvəzində quru, şablon ifadələr səsləndirildi. Doğrudur, Trampın heç bir rəsmi vəzifəsi və səlahiyyəti olmayan oğlu bu qərarı tənqid etdi və bunu üçüncü dünya müharibəsinə doğru atılan addım kimi qiymətləndirdi. Lakin, görünür, Trampın “xoru”nda bu cür səslərin də eşidilməsi lazımdır və bu “xor”dakı hər kəs kimi, “kiçik Tramp”ın da özünə aid “kiçik rolu” var. Ancaq təbii ki, bu rol həlledici deyil və Trampın mövqeyini əks etdirmir…

Əslində isə Baydenin Kiyevə verdiyi “raket icazəsi” hamıdan çox Putinlə danışıqlara hazırlaşan Trampa sərf edir. Bunu ABŞ-nin Avropadakı qoşunlarının sabiq komandanı, məşhur general Ben Hoces də təsdiqləyib. General son açıqlamasında deyib ki, Baydenin bu qərarı Tramp üçün hədiyyədir və onun Kremllə gözlənilən danışıqlarda əlini xeyli gücləndirir.

Doğrudan da, bu qərarı “sülh istəyən” Tramp yox, “davakar” Bayden verib və belə bir görüntü yaradılır ki, guya bununla Trampa pislik edib. Ancaq əslində, Kreml fakt qarşısında qoyulub, top onun tərəfindədir və o, nə iləsə cavab vermək məcburiyyətindədir. Cavab isə nüvə hədə-qorxusundan o yana getmir, gedə bilmir. İndi Tramp hakimiyyətə gələn kimi Baydenin “raket icazəsi” qərarını qüvvədən sala da bilər, salmaya da. Hətta bu qərarı daha da gücləndirə, Ukraynaya verilən raket sayını artıra da bilər. Bir sözlə, Bayden Putinlə danışıqlarda Trampın əlinə önəmli bir kozır vermiş oldu.

Kim nə desə də, yalnız güc dilini anlayan Kremllə danışıqlar masasında Trampa zəif yox, güclü Ukrayna lazımdır. Ukrayna onsuz da böyük ölçüdə ABŞ-dən asılı vəziyyətdədir və onu dilə gətirmək Tramp üçün daha asan görünür. Putin isə qarşısında güc, iradə, qətiyyət görməyincə hər hansı razılaşmaya getməyəcək. Odur ki, Bayden hakimiyyəti təhvil verənə qədər Ukrayna ilə bağlı nə qədər daha çox cəsarətli və aqressiv qərarlar versə, Ukraynaya nə qədər daha çox hərbi yardım və maliyyə göndərsə, bu, Trampın əlini birmənalı olaraq, daha çox gücləndirəcək…

Yeri gəlmişkən qeyd edək ki, Bayden bu gün Ukraynaya kütləvi sayda piyada əleyhinə minalar göndərilməsi ilə bağlı daha bir önəmli qərar verib. Bu onunla izah edilib ki, Rusiyanın son dövrlərdəki irəliləyişinin qarşısı alınmalıdır və bu minalar həmin işdə Ukarynaya ciddi kömək göstərə bilər. Baydenin prezidentliyi bitən günə qədər belə qərarların daha tez-tez veriləcəyi olduqca inandırıcıdır. İndi kim tam əminliklə deyə bilər ki, Baydenin bu addımları onun yerini tutacaq Tramp administrasiyası ilə razılaşdırılmayıb?

Bütün bunların Trampın Ağ Evdə Baydenlə görüşündən sonra baş verdiyini də unutmayaq. Onu da unutmayaq ki, ABŞ-də “Deep State” - “dərin dövlət” də var, strateji qərarları yalnız prezidentlər vermir və nə Tramp, nə də digər prezidentlər həlledici qərarları verməkdə tam sərbəst deyillər, ABŞ-nin strateji xarici siyasət xəttinə xidmət etmək məcburiyyətindədirlər. Odur ki, hər nə qədər Baydenlə Tramp düşmən kimi təqdim edilsə də, onların xidmət etdikləri xətt eynidir və Baydenin Ukraynaya verdiyi son məlum icazəyə də bu kontekstdən baxmaq lazımdır. Bunu təbii ki, Rusiyada da başa düşürlər və Sergey Lavrovun Trampın seçilməsindən sonra işlətdiyi “ABŞ-də hakimiyyət dəyişikliyi baş versə də, Vaşinqtonun “Ukrayna məsələlərinə” yanaşması eyni qalacaq, çünki onlar NATO məkanında və NATO məkanı ətrafında baş verən hər şeyi öz nəzarətində saxlamağa çalışacaqlar” fikri də bundan xəbər verir. Lakin artıq gecdir, Rusiya bütün bunları anlasa da, özü-özünü saldığı Ukrayna bataqlığında çapalamaqdan başqa əlindən heç nə gəlmir və Trampın da onu bu bataqlıqdan “quru” çıxaracağına ümid azdır…

Yeri gəlmişkən, ABŞ mətbuatı Prezident Co Baydenin “raket icazəsi” barədə xəbəri yayımlayanda, bunun yalnız Kursk vilayətində gedən döyüşlərə şamil ediləcəyini bildirmişdi və qeyd etmişdi ki, bu, guya Şimali Koreya hərbçilərinin həmin bölgədə müharibəyə cəlb edilməsinə cavabdır. Lakin nə işdirsə, “ATACMS”-ların səsi Kursk yox, Bryanskdan gəlir, oradakı silah anbarları vurulur. Necə ki, Zelenski demişdi: “Raketlər özləri öz sözlərini deyəcək…” Bu o deməkdir ki, yalnız Kurskun vurulması ilə bağlı məhdudiyyət də yoxdur.

Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Bryanska 6 “ATACMS” raketinin atıldığı, onlardan guya 5-nin vurulduğu, yalnız həmişəki kimi, birinin qəlpələrinin hərbi obyektin “texniki zonasına” düşdüyü barədə məlumat yayıb. Ancaq videokadrlardan da göründüyü kimi, bir neçə partlayış olub və silah anbarına ciddi ziyan dəyib. ABŞ mətbuatı isə Pentaqondakı mənbələrə istinadla yazıb ki, Bryanska 8 raket atılıb və onlardan yalnız ikisi məhv edilib, qalan 6-sı hədəfi dəqiq vurub. Bu onu göstərir ki, hələlik Rusiya Hava Hücumundan Müdafiə Sistemləri “ATACMS”-a qarşı effektiv deyillər. Onu da nəzərə alaq ki, bu raketlər heç də ABŞ hərbi arsenalındakı ən yeni və mükəmməl raketlər deyil…

Bütün bunlar, o cümlədən Ukraynaya edilən zərrə-zərrə, “dozalarla” yardım, uzun süründürməçilkdən sonra verilən qərarlar, icazələr və s. həm də bir daha onu göstərir ki, ABŞ başda olmaqla Qərb özünün ikiüzlü və riyakar siyasətinə sadiqdir, onun üçün Ukraynanın iztirabları, itkiləri önəmli deyil. Bu kontekstdə bir çox şərhçilərin Baydenin “raket icazəsi”ni onun “get ha getdə” “Ukraynaya qarşı vəfa borcunu yerinə yetirməsi”, “tarixə müsbət qəhrəman kimi düşməsi”, “vicdanının səsinə qulaq asması” kimi sentimental izahlarla qiymətləndirməsi çox gülünc görünür. Çünki istər Baydenin, istərsə də onun arxasındakıların gerçək vicdanı olsaydı, heç bu müharibənin başlamasına belə imkan verməzdilər…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri