Icma.az
close
up
RU
Bayıl türməsinin yetirməsi, Stalin dövrünün sirli siyasətçisi Serqo Orconikidze

Bayıl türməsinin yetirməsi, Stalin dövrünün sirli siyasətçisi Serqo Orconikidze

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qriqori Orconikidze 1886-cı ildə Gürcüstanda, Kutaisinin Qoreşa kəndində anadan olub. İki illik təhsildən sonra qohumları onu Tiflisə aparır və o, 1901-1905-ci illərdə feldşer məktəbini bitirir.

Həmin illərdən inqilabi fəaliyyətlə məşğul olmağa başlayan Qriqori Orconikidze zaman keçdikcə "Serqo"ya çevrilir. Serqo Orconikidze ilə Stalin, o dövrdəki ləqəbi ilə "Koba" 1907-ci ildə inqilabçılar şəhəri Bakıda, Bayıl türməsində, 3 nömrəli kamerada tanış olublar və aralarında sıx dostluq münasibəti yaranıb. Hətta Stalin hakimiyyətdə olduğu vaxtlarda onlar bir-birinə "sən" deyə müraciət ediblər.

Dostluq münasibətləri o qədər yaxın olub ki, Stalinin həyat yoldaşı Nadejda Alliluyeva intihar edən gecə Orconikidze və Kirov səhərə qədər Stalinin mənzilində qalıblar. 1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub.

1922-ci ildə Serqo Orconikidze Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. O, 1926-cı ilə qədər bu vəzifədə çalışır. Orconikidze SSRİ-nin yaradılması işində Leninin ən yaxın silahdaşlarından olub. Xüsusilə də Zaqafqaziyada sovet hökumətinin qurulmasında əsas fiqurlardan biri sayılıb. 20 oktyabr 1922-ci ildə Tiflisdə keçirilən iclasda Mərkəzi Komitənin üzvü Kobaxidze Orconikidzeni təhqir edərək onu "Stalinin eşşəyi" adlandırır. Bu ifadəyə Orconikidze onu şillələməklə cavab verib. İnsident haqqında Leninə məlumat verilir.

Lenin Orconikidzeni əl qaldırmağına görə ciddi cəzalandırmaq istəsə də, Stalin bunun qarşısını alır. Məsələnin araşdırılması "Dəmir Feliks" ləqəbli Dzerjiniskiyə həvalə olunur və o, Stalinin göstərişi ilə məsələni Orconikidzenin xeyrinə həll edir. Orconikidze 1932-ci ildə SSRİ-də yeni yaradılan Ağır Sənaye Komissarlığına komissar təyin olunub. Araşdırmaçıların qənaətinə görə, SSRİ-də iqtisadiyyatın inkişafında Orconikidze müstəsna xidmətlər göstərib. Maşınqayırmada, aviasiya sənayesində, yeni zavodların inşası və istismara verilməsində Orconikidzenin gərgin əməyi sayəsində SSRİ-də ən yüksək göstəricilər əldə olunub.

Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri "aradan götürməsi" ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı qalır. Rəsmi olaraq infaktdan öldüyü bildirilsə də, digər bir versiyaya görə, Serqo intihar edib.

Ətraflı Baku TV-nin süjetində:

Bayıl türməsinin yetirməsi, Stalin dövrünün sirli siyasətçisi Serqo Orconikidze

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Mart 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri