Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Bakının Atlantidası: Bayıl qəsri

Bakının Atlantidası: Bayıl qəsri

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadə "Azərtac"da dərc olunan "Bakı Atlantidası – Bayıl qəsri" adlı məqaləsində yazır ki, Şirvanşahların Şamaxıda iqamətgahı olan Gülüstan qalasını Bakıda Bayıl qalası əvəz edib. XIX əsrdə burada olmuş rus alimləri və şərqşünasları - İ.Berezin, S.Qmelin, B.Dorn, V.Bartold və başqaları Bayıl qalasının hansı məqsədlə tikilməsi və tarixi haqqında müxtəlif məlumatlar veriblər. Tədqiqatçılar bu tikintini "Bayıl qəsri", "Səbayıl qalası", "Sualtı şəhər", "Karvansara", "Kömürxana", "Bənd", "Müdafiə istehkamı", "Nouşəhr", "Qala" və s. adlandırıblar.
Şirvan-Abşeron memarlıq məktəbinin gözəl nümunələrindən sayılan bu abidə Bakının Bayıl burnu yaxınlığında yerləşir. Tarixçi alim Sara Aşurbəyli yazır ki, qalanın Bakı buxtası quru olan vaxtda XII əsrdə inşa edilməsi ehtimal olunur. Əksər müəlliflər isə qalanın Karvansara adlı adada yerləşdiyini yazırlar. 1191-ci ildə Şamaxıda baş verən zəlzələ nəticəsində Şirvanşah Axsitanın ailəsi və övladları həlak olur və Şamaxı şəhəri dağılır. Şirvanşah ölkənin paytaxtını Şamaxıdan Bakıya köçürür. Paytaxtın Bakıya köçürülməsini monqolların birinci hücumu zamanı Şamaxı şəhərinin 1221-ci ildə dağıdılması faktı da zəruri etmişdi.
Şamaxıda iqamətgah olan Gülüstan qalasını Bakıda Bayıl qalası əvəz edir. Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgaha çevrilir. Qəsrin uzunluğunun 180, eni isə 40 metr təşkil edirdi. Qəsrin perimetri boyu təxminən 400 metr uzunluğunda olan divarların bayır tərəfdən yuxarı hissəsini qurşaq formasında insan, heyvan və bitki təsvirləri həkk olunmuş, frizlənmiş daş plitələrdən ibarət kitabə zolağı bəzəyirdi. Qəsrin divarlarında yarımdairəvi qüllələr mövcud idi. Ümumi 15 qüllə var idi. Bunlardan yalnız şimal-qərbdəki və cənubdakı iki qüllə dairəvi formada olub içərisi boşdur. İçərisi bütöv qalan 12 qüllənin hamısı yarımdairə şəklindədir.
Qəsrə iki tərəfdən daxil olmaq olardı: cənub və şimal-qərb istiqamətlərdən. Həmin istiqamətlərdə olan üç dairəvi qüllədən qəsrə girmək üçün 1,3 metr enində ensiz qapılar mövcud olub. Ensiz qurulmuş qapılar onu göstərir ki, qəsrə ancaq piyada şəkildə daxil olmaq mümkün idi. Qüllələrin bəzilərində yuxarıya çıxmaq üçün daş pilləkənlər olub. Həmin qüllələr ətrafı, əsasən də açıq dənizi müşahidə etmək, dənizdən gələn təhlükələri vaxtında aşkarlamaq üçün istifadə edilirdi. Düşmən hücumu və ya hər hansı təhlükə aşkar edildiyi zaman ətraf qalalara xəbər çatdırılırdı.
Qəsrin yerləşdiyi ərazidə 1938-1940-cı, 1946-cı və 1962-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunun keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində divar uçqunları altından və su dibindən 700-dən çox yazılı daş tavalar çıxarılıb. 1939-cu ildə tapılan mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225) adları həkk olunub. 1965-ci ildə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruğu muzeyində yazılı daşların səliqəyə salınıb oxunması üçün xüsusi laboratoriya təşkil edildi. Həmin laboratoriyada daşlar üzərindəki yazılar oxunmağa və araşdırılmağa başlandı. Tədqiqatçılar Bayıl qəsrinin daş kitabələrində 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyublar. Yazılarda Məzyədi Şirvanşahların şəcərəsi göstərilib. Həmin kitabələrdən Mərdəkan qalasının da memarı olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunub. Yazılar fars-ərəb dilli yazılardır və “Bismillah” kəliməsi ilə başlayır. Sonra isə şahlara xitab olunan sözlər gəlir. Daşlar üzərindəki yazıların əksər hissəsi fars dilində tərtib olunub və müxtəlif bəzək elementləri ilə, əsasən nabati xarakterli bəzəklərlə bəzəniblər.
Kitabə daşlarından birində "Bəndər-i Baku”, yəni liman qala sözləri Bakının o dövrdə Şirvanşahların əhəmiyyətli liman şəhəri roluna işarədir. Yazılarla yanaşı, bəzi daş layların üzərində ustalıqla işlənmiş mifik və canlı heyvan, hətta insan surətləri də tapılıb. Orta əsrlər dövrünə aid heç bir digər Azərbaycan abidəsində canlı insan və heyvan təsvirlərinin daş üzərində frizlənməsi müşahidə edilməyib. Xüsusilə anfas, yəni qabarıq insan və heyvan təsvirləri maraq kəsb edir. Bu baxımdan Bayıl qəsri xüsusilə seçilir. Daşlar üzərində xüsusi texnikaları tətbiq etməklə yüksək bədii estetik zövqlə ümumiləşdirilmiş qadın və kişi obrazları deyil, konkret insanların barelyeflərinin yaradılması dövrün memarlıq və bədii daşyonma sənətinin tərəqqisini sübut edir. İnsan təsvirləri əsasən taclı təsvir edilib. Bu da həmin təsvirlərin Şirvanşahların barelyefləri olduğuna işarədir.
Bayıl qalasının tikinti işləri 1235-ci ildə yekunlaşıb. Lakin qəsrin ömrü uzun sürməyib. XIV əsr tarixçisi Arif Ərdəbilli qeyd edir ki, "Bakıda dənizin qarşısını almış Nouşəh (yəni şəhər) adlı bir qala vardır, lakin o suya qərq olmuşdur". 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində Xəzər sahilinin bir hissəsi çöküb, Xəzərin səviyyəsi xeyli qalxıb və abidə dəniz sularına qərq olub. Tarixçi Əbdürrəşid Bakuvi yazır ki, qala elə möhkəmləndirilmişdi ki, monqolların hücumlarına sinə gəlmiş, monqollar qalanın ala bilməmişdilər. Göründüyü kimi, qala zəlzələ nəticəsində dağılıb və bir daha bərpa edilməyib. XIV əsrdə Bayıl qəsri dağılandan sonra Şirvanşahların yeni iqamətgahı XV əsrin əvvəllərində tikilmiş Şirvanşahlar Sarayı olub.
1683-cü ildə Bakıda olmuş alman səyyahı S.Kempferin çəkdiyi rəsmdə, dənizə uzanan qala divarının ucunun yaxınlığında, suyun altından görünən bir neçə bürcün dağılmış üstləri görünür. O qeyd edirdi ki, dənizin səthinin nisbətən düşməsi və suyun çəkilməsi nəticəsində həmin tikinti üzə çıxmışdı və o, tikintinin qalıqlarını görmüşdü. Xəzər dənizinin səviyyəsinin yenidən enməsi nəticəsində XVIII əsrin əvvəllərində qalanın qalıqları daha aydın görünməyə başladı.
Görkəmli Azərbaycanın tarixçisi A.A.Bakıxanov yazırdı ki, Bakı önündə görünən bürclər, divarlar və qəbirüstü daşlar və həmçinin onların tarixindən məlumat verən yazılı mənbələr, bütün bunlar təsdiq edir ki, 400-500 il bundan əvvəl burada mövcud olmuş abad bir şəhər dənizə qərq olub.
Alimlərin fikrincə, XIII əsrin sonuna qədər Xəzərin səthi aşağıda idi, lakin XIII əsrin sonundan başlayaraq, təxminən 100 il ərzində, suyun səthi 10 metrə qədər qalxıb. XVIII əsrin əvvəllərində suyun səviyyəsi endikdən sonra qalanın qalıqları görünməyə başlayıb. Lakin XX əsrin əvvəllərinə kimi dənizin suyunun səviyyəsi yenidən yüksəlib. XX əsrin 20-ci illərindən, xüsusən 1925-ci ildən başlayaraq su çəkilməyə başlayır, 40-cı illərdə Xəzərin səviyyəsi 2 metrə qədər enmişdi və nəhayət, ötən əsrin 60-cı illərinin axırlarından su yenidən qalxmağa başlamışdı. Hazırda Xəzərin səviyyəsi yenə enməkdədir.
Həmin tarixi abidənin qalıqları “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 2001-ci oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib. Bayıl qəsrinin tikintisi təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğundan xəbər verir. Bayıl daşları Azərbaycan xalqının keçmişini, mədəniyyətini, incəsənətini öyrənmək üçün dəyərli bir maddi mədəniyyət abidələrindən biridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Dekabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri