Bayılma təhlükəli xəstəliklərin SİMPTOMU ola bilər
Icma.az, Saglamolun saytına istinadən bildirir.
Bayılma zamanı beyində qan axını qısa müddət ərzində kəskin azalır, təzyiq düşür və bunun nəticəsində insan bayılır.
Saglamolun.az bildirir ki, bayılmanın müxtəlif səbəbləri ola bilər – havanın çatışmazlığı, ağrı, pis qoxu, qorxu, güclü stress və s. Həmçinin bayılmanın səbəbi bəzi dərman preparatlarının (sidikqovucu, təzyiq salan) qəbulu da ola bilər. Əksər hallarda bayılma heç bir ciddi pozulmaya işarə etmir. Lakin bu hal tez-tez təkrarlanırsa, buna fikir vermək lazımdır.
Bayılmaların tez-tez baş verməsi beyin qan dövranının ciddi pozulmasına işarə edir ki, bunun nəticəsində insanda işemik insult inkişaf edə bilər. Bu halda vaxtında həkimə müraciət etmək lazımdır.
Əgər insan səbəbsiz olaraq qəfil bayılıbsa bu ürək xəstəliklərinə də işarə edə bilər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















