“Bayraktar”lar yenidən Rusiyaya qarşı zərbə missiyalarına qayıdır
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukraynanın “Bayraktar TB-2” PUA-ları rus ordusuna qarşı zərbə missiyalarına qayıdıb.
Ölkə.az TMZ-yə istinadən xəbər verir ki, Ukrayna qüvvələrinin Qara dəniz sahilində Rusiya qayığını və əsgərlərini vurması ilə uzun fasilədən sonra “Bayraktar TB-2” yenidən səmada peyda olub.
Qeyd edək ki, “Bayraktar” zərbə əməliyyatları zamanı Rusiyanın hava hücumundan müdafiə sistemləri və elektron müharibəyə qarşı həssaslığı səbəbindən məhdud idi.
"Dəniz qüvvələri Rusiya Qara Dəniz Donanmasının hava-desant qoşunlarının yüksəksürətli katerini məhv edib. Nəticədə 7 rus hərbçisi həlak olub, 4-ü yaralanıb", - deyə Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirilib.
Qeyd edək ki, əvvəllər “Bayraktar” hava hücumundan müdafiə sisteminin qurbanı olacağı üçün zərbə üçün yaxınlaşma riski olmadan yalnız məsafədə kəşfiyyat rejimində fəaliyyət göstərirdi. İndi isə təkmilləşdirmə prosesindən sonra “Bayraktar TB-2” yenidən zərbə missiyasını həyata keçirməyə başlayıb.
Zərbə və kəşfiyyat missiyaları üçün “bayrakat TB-2”lər Rusiya konvoylarına, gəmilərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı effektivdir.
“Baraktar TB-2”-nin üstünlüyü ondan ibarətdir ki, vurulma zamanı PUA ekipaj üçün axtarış-xilasetmə əməliyyatına ehtiyac duymur və bu da onu PUA-ların işləyə bilməyəcəyi yerlərdə istifadə etməyə imkan verir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 Sentyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















