Bayram günlərinə BakıAğstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilər
"Azərbaycan Dəmir Yollar" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən AYNA-ya verilən məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.
Bundan əlavə, sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilər.
Baxış sayı:15
Mənbə:https://ayna.az