Icma.az
close
up
RU
Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta, ət, toyuq, balıq, göbələk və mayonez əsaslı qidalar düzgün saxlanmadıqda sürətlə xarab olur və zəhərlənmə ehtimalını artırır.

Mütəxəssislər bildirir ki, bu tip məhsullardan hazırlanmış yeməklər süfrədə iki saatdan artıq qalmamalıdır. Otaq temperaturu bakteriyaların sürətlə çoxalması üçün ideal mühit sayılır. Nəticədə qida zahirən normal görünsə belə, tərkibində təhlükəli mikroorqanizmlər formalaşa bilər.

Xüsusilə isti havalarda risk daha da artır. Açıq qabda saxlanılan yeməklər həm havadakı mikroblarla təmasda olur, həm də temperatur təsirindən tez korlanır. Bu cür qidaların sonradan yenidən qızdırılaraq yeyilməsi isə təhlükəni aradan qaldırmır. Çünki bəzi bakteriyalar yüksək temperatura davamlı toksinlər ifraz edir.

Həkimlər qida zəhərlənmələrinin əsas səbəblərindən birinin məhz düzgün saxlanmayan bayat yeməklər olduğunu vurğulayır. Ürəkbulanma, qusma, ishal, halsızlıq kimi əlamətlər qısa müddətdə özünü göstərə bilər və bəzi hallarda vəziyyət ağırlaşaraq tibbi müdaxilə tələb edir.

Məsləhət olunur ki, bişirilmiş yeməklər maksimum iki saat ərzində soyuducuya yerləşdirilsin və saxlanma müddətinə ciddi nəzarət olunsun. Şübhə doğuran qidaları isə heç bir tərəddüd etmədən atmaq daha təhlükəsiz seçimdir. Unutmayaq ki, qənaət naminə sağlamlığı riskə atmaq doğru yanaşma deyil. Bayat və ya düzgün saxlanmamış yeməklərdən imtina etmək həm özünüzün, həm də ailənizin sağlamlığını qorumağın ən sadə və effektiv yoludur. /musavat.com

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Mart 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see342

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see316

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see316

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see302

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see294

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see288

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see281

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see269

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see269

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see264

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see241

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see233

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see232

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see230

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see229

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see229

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see225

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see222

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see216

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri