Bayramov İshaq Dara zəng etdi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in X hesabında paylaşılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.
Hücumu qətiyyətlə pisləyən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin terrorizm bəlasına qarşı mübarizədə əzmkar mövqeyini bir daha vurğulayıb.
Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, Pakistan və Azərbaycan arasında mövcud olan möhkəm və davamlı tərəfdaşlığın bir daha təsdiqləndiyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















