Icma.az
close
up
RU
Bayramov Poupla görüşdü: Danışıqlar prosesi...

Bayramov Poupla görüşdü: Danışıqlar prosesi...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xalqcebhesi.az-a bildirilib ki, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 Sədrliyimiz çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin COP29 Sədrliyi, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib, sədrliyin təhvil alınması, habelə sessiyaya hazırlıq işləri çərçivəsində BMT, onun ixtisaslaşmış qurumları ilə yaxından əməkdaşlıq etdiyimizi diqqətə çatdırıb. Ölkəmiz tərəfindən edilən bu seçimin iqlim dəyişikliyi ilə mübarizə səylərinin əlaqələndirilməsi və davamlılığının təmini baxımından əhəmiyyəti vurğulanıb.

İqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 Sədrliyimizdən çox öncə ətraf mühitin qorunması məsələlərini milli inkişaf strategiyamızın mərkəzinə gətirdiyi, sədrliyimiz çərçivəsində isə bu istiqamətdə qlobal səylərə töhfə vermək niyyətində olduğumuz bildirilib.

Baş direktor Emi Poup COP29 Sədrliyini təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib.

İqlim dəyişikliyi nəticəsində bir çox insanın miqrasiya etdiyini nəzərə alaraq, bu baxımdan Təşkilatın əsas fokusunun həmin insanların uyğunlaşması, onlara dəyən zərərlərin aradan qaldırılmasına dəstək olduğu qeyd edilib. Bu baxımdan, sədrliyimizin iqlim maliyyəsi prioritetini irəli sürməsinin bu kimi məsələlərin həllini tapmasına töhfə baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri