Bazarlarda alçanın 300 qramı bu qiymətə SATILIR KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Yazın gəlişi ilə bazarda mövsümü meyvələrə maraq artıb. Hələ tam yetişməsə də alça və kal ərik piştaxtalarda göz oxşuyur.
Bəs qiymətlər necə dəyişir?
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, kal ərik daha çox soruşulan meyvələr sırasındadır. Belə ki, 300 qramı 7 manat olan bu məhsul alçadan daha ucuz hesab edilir. Göyçaydan gətirilən alçanın 300 qramı isə 10 manatdır. Alça növündən asılı olaraq müxtəlif qiymətlərə təklif edilir.
Satıcıların sözlərinə görə, alça və kal əriklə yanaşı qarpız və çiyələyə də maraq az deyil:
“Çiyələk Şəmkir, Cəlilabad, Lənkərandan gətirilir. Kilosu 5 manatdan başlayır. Qarpız İrandan gəlir, onun da kilosu 5 manatdır”.
Qeyd edək ki, mövsüm tam başladıqda və yerli məhsul bazara çıxanda meyvələr daha münasib qiymətə insanlara təklif olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:342
Bu xəbər 15 Aprel 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















