Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində yaşadığı ciddi narahatlıqlar və bununla bağlı İsraildə olunduğu əməliyyatlar haqqında səmimi etiraflar edib.
Redaktor.az xəbər verir ki, sənətkar bu barədə “YouTube”da yayımlanan “Sheinkin40” proqramına verdiyi müsahibədə söz açıb.
Bakıda lentə alınan buraxılışda Xalq artisti gözündəki problemlərin həlli üçün bir çox ölkəyə üz tutduğunu bildirib. O, ABŞ və Rusiya başda olmaqla müxtəlif dövlətlərdə tibbi müayinələrdən keçdiyini, lakin effektiv nəticəni məhz İsraildə əldə etdiyini vurğulayıb:
“Tibbi göstəricilərimə uyğun ən real və ciddi dəstək mənə İsraildə verildi. Orada beş ağır cərrahi müdaxiləyə məruz qaldım. Əməliyyatlardan biri Təl-Əvivdə, digər dördü isə Hayfada icra olundu. Məhz həmin həkimlərin sayəsində bu gün qarşınızda oturub sizi görə bilirəm”.
Baxış sayı:88
Bu xəbər 21 Noyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















