Adil Kərimli Yeni Dehlidə keçirilən Forumun açılış sessiyasında çıxış ETDİ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi,noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir.
Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.
Forum çərçivəsində mədəniyyət nazirlərinin və iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə açılış sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək mədəniyyətlərarası dialoqun təşviqi, mədəni irsin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Forumun əsas məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Noyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















