Icma.az
close
up
RU
Bazarları bürüyən saxta avtomobil detalları Qəza riski, ikiqat xərc

Bazarları bürüyən saxta avtomobil detalları Qəza riski, ikiqat xərc

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanda avtomobil ehtiyat hissələri bazarında nəzarətsizlik və keyfiyyət problemi, saxta detalların bazarı zəbt etməsi məsələsi getdikcə dərinləşir.

Saxta hissələr bazarda açıq şəkildə satılır. Vəziyyət elə bir həddə çatıb ki, bir çox mağazada satıcılar özləri müştərilərə malın orijinal, saxta və ya dublikat olduğunu etiraf edir və qiyməti də buna uyğun təklif edirlər. Hətta bəziləri orijinal adı ilə dublikat malları da satır. Bu "dürüst saxtakarlıq" və aldatmalar həm sürücülərin seçimini çətinləşdirir, həm də onların həyatını risk altında qoyur. Belə ki, saxta asqı detalları, təkər maşın hərəkətdə olarkən sıradan çıxır və qəzalara səbəb olur.

Oxu.Az-ın avtomobil ehtiyat hissələri bazarında apardığı müşahidələr isə fərqli nüansları üzə çıxarıb:

Adının çəkilməsini istəməyən ehtiyat hissələri mağazalarından birinin sahibi yaranmış vəziyyətdə özünü günahkar saymır:

"Müştəri gəlir, məsələn, əyləc bəndini soruşur. Əlimizdə həm rəsmi distribütordan gələn orijinal, həm də Çindən gələn saxta mal var. Orijinal hissənin qiyməti 50 manatdırsa, saxtanın qiyməti 15 manatdır, bəzən daha da ucuz olur. Mən onu aldatmıram, açıq deyirəm ki, bu, orijinal deyil, amma müəyyən qədər işini görəcək. Adam 5-6 min manata köhnə maşın alıbsa, orijinal detal onun imkanına uyğun deyil. Ona görə də ucuzunu alır. Tələbat var ki, biz də satırıq. Biz satmasaq, o biri mağaza satacaq".

Başqa bir mağaza sahibi isə Azərbaycanda "orijinal" deyilən hissələrin də keyfiyyətində problemlər olduğunu bildirir:

"Bəzən "orijinal" deyib satdığımız malın özü də keyfiyyətli olmur, yəni qutusu orijinaldır, amma içindəki məhsul zəifdir, dublikatdır. Biz malı ölkəyə gətirənlərdən alırıq. Ona görə də artıq müştəriyə birbaşa deyirik: "Bahası var, ucuzu var. Ucuzu bir il gedər, bahası iki il". Müştəri bunu bildikdə narazılığı azalır. Ən azı vicdanımızı təmiz bilirik".

Xırdalan dairəsi yaxınlığında fəaliyyət göstərən Fazil adlı mağaza sahibi isə sürücülərin əsasən ustaların yönləndirməsi ilə mal aldığını deyir:

"Orijinal və ya saxta hissənin alınması daha çox ustadan asılı olur. Hətta rəsmi servislərdə maşınlara saxta hissə qoyulması faktı ilə qarşılaşmışam. Orijinal hissələr baha olduğu üçün bütün tərəflər əksər hallarda Çin istehsalı olan detallardan yararlanırlar".

Sürücülər bu ikili bazardan ən çox zərər görən tərəf sayılır. Amma söhbətləşdiyimiz sürücülər əks fikirdədirlər.

Təxminən 5 ildir köhnə maşın idarə edən Vüqar Mirzəyev vəziyyətdən çox da narazı deyil:

"Maşınımın motor yağı süzgəcini dəyişəndə ustam orijinal hissə almağımı məsləhət gördü. Əks halda 2-3 dəfə dəyişəndən sonra motora problem yaranacağını dedi. Məcbur olub orijinal hissəyə 4 qat artıq pul ödədim. Amma digər xırda hissələr var ki, məsələn, şüşəqaldıranın trosu və ya kosmetik detallar və s. onları ucuz alıram. Çünki həmin hissənin bahalığı ilə ucuzluğu arasında fərq görmürəm. Əsas detallarda isə risk etmirəm".

Uzun illər taksi xidməti göstərən 68 yaşlı Xanoğlan Cəfərov isə orijinal hissələrin həm qiymətindən, həm də keyfiyyətindən narazıdır:

"Maşınım köhnədir, orijinal hissənin qiyməti bəzən maşının öz qiymətinin yarısı qədər olur. Mən də gedib dublikat alıram, çünki qiyməti mənə uyğundur. İki aydan bir dəyişsəm də, orijinala verdiyim puldan az xərcləmiş oluram. Təxminən 10 il qabaq "Mercedes" markalı avtomobilim üçün Almaniyadan gətirilən "termorequlyator" almışdım. Amma gözlədiyim keyfiyyətdə olmadı. Yəqin Almaniya deyib, Çində istehsal etdiriblər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, problemin əsas səbəbi bəzi rəsmi qurumların və avtomobil markalarının yerli nümayəndəliklərinin fəaliyyətsizliyidir:

"Biz 8 ay əvvəl avtomobil hissələrinin araşdırmasını apardıq. Məlum oldu ki, bazarda külli miqdarda saxta avtomobil hissələri var. Onlar elə markalanır ki, üzərinə haloqram belə vurulur və guya daha "naturaldır". Əksəriyyəti Çində hazırlanır və Azərbaycana idxal olunur. Bu, insanların həyatında ciddi təhlükə yaradır. Məsələn, avtomobilin əyləc sistemləri, istiliyi tənzimləyən hissələr, filtrlər və s. tez sıradan çıxır.

Azad İstehlakçılar Birliyi bu məsələ ilə bağlı dövlət orqanlarına müraciət edib, saxta hissə satan yerləri göstərib. Amma nəticə əldə olunmayıb.

Saxta hissə satan müəssisələr alıcılara kassa çeki vermirlər. Bunu tələb etdikdə isə satışdan imtina edirlər. Həmin yerləri və onların verdikləri saxta sənədləri müəyyən etmişik, amma nəticə yoxdur.

Mövcud normativ aktlara görə, avtomobil hissələri idxal edənlər Əqli Mülkiyyət Agentliyində bizneslərini qeydiyyatdan keçirməlidirlər. Faktiki olaraq bu, edilmir. Dövlətin bu sahədəki siyasəti kobud şəkildə pozulur. Bu sahədə istehlakçı hüquqları kobud şəkildə pozulur".

Oxu.Az-ın mağazalarda satılan saxta avtomobil hissələri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərdiyi sorğuya cavabda bildirilir ki, bu sahədə yoxlamalar yalnız vətəndaşların müraciəti əsasında aparılır:

Qanunvericiliyə əsasən, satıcı alıcıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və istehsalçı məlumatına uyğun mal təqdim etməlidir. Azərbaycan ərazisinə idxal edilən malların keyfiyyətini təsdiq edən sənəd olmalıdır.

Nazirlər Kabinetinin 2014-cü il tarixli 94 nömrəli Qərarına əsasən, malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı olmadıqda, həmçinin pirat və ya kontrafakt malların satışı qadağandır.

Agentlik bildirir ki, hazırda ölkədə avtomobil ehtiyat hissələrinə dair 11 dövlət standartı mövcuddur və bu standartlarda hissələrin təhlükəsizlik və keyfiyyət göstəriciləri müəyyən edilib.Nəzarət tədbirləri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında" Qanuna əsasən həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna görə isə ölkədə bu yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb.

Agentlik yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlara ciddi təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər əsasında yoxlama apara bilər. Saxta avtomobil hissələrinin satışı ilə bağlı konkret faktlar təqdim olunduqda, müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır.

Dövlət Gömrük Komitəsindən isə Oxu.Az-a bildirilib ki, əsas istehsalçı şirkətlər öz məhsullarının eyniləşdirmə məlumatlarını gömrük orqanlarına təqdim etməlidirlər.

Komitə vurğulayır ki, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanuna əsasən, gömrük orqanları əqli mülkiyyət hüquqlarının qorunması və kontrafakt məhsulların idxalının qarşısının alınması üçün tədbirlər görür.

Gömrük orqanları tərkibində əqli mülkiyyət hüquqları olan malların reyestrini aparır və bu mallar üzərində mütəmadi nəzarət həyata keçirir. Bu nəzarətin təmin olunması üçün hüquq sahibləri müvafiq eyniləşdirmə məlumatlarını gömrük orqanlarına təqdim etməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri