Bazarstore məhsulu üzərindəki qiymətdən baha satırmış
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Bazarstore" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə əsasən protokol tərtib edib.
Banco.az xəbər verir ki, şirkət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini pozub.
Belə ki, "Bazarstore" MMC qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasından bəhs edir. Bu maddəyə görə, fiziki şəxslər 350 - 500 manat məbləğdə, vəzifəli şəxslər 1 500 - 2 000 manat məbləğdə, hüquqi şəxslər 4 000 - 6 000 manat məbləğdə cərimə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 İyun 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















