BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başlanır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak üçün qeydiyyat iyulun 3-ü saat 17:00-da başlayacaq və iyulun 23-ü saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, imtahanda iştirak etmək istəyən namizədlər əvvəlcə DİM-in internet portalında “Şəxsi kabinet” yaratmalı (əgər mövcud deyilsə), sonra isə kabinetdəki hesablarına müvafiq məbləği köçürməlidirlər. Bundan sonra namizədlər portalda “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçə bilərlər.
“Şəxsi kabinet”ə vəsait müxtəlif ödəniş üsulları ilə köçürülə bilər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən, lakin imtahana gəlməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 03 İyul 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















