Icma.az
close
up
RU
BDU da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

BDU da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fiziki elektronika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə professor Əhməd Abdinovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib.

BDU rektoru Elçin Babayev Əhməd Abdinovun görkəmli alim, peşəkar pedaqoq və elm təşkilatçısı olduğunu bildirib. O qeyd edib ki, professor Əhməd Abdinov 80 illik həyatının 63 ilini BDU-ya bağlayıb. BDU-nun Fizika fakültəsinin məzunu olan görkəmli alim 1972-ci ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1971-ci ildən BDU-nun Fizika fakültəsində assistent, baş müəllim, dosent, professor, dekan kimi fəaliyyət göstərib, 1992-ci ildən kafedra müdiri vəzifəsində çalışır. Görkəmli alim fizikanın müxtəlif sahələrinə dair mühüm elmi yeniliklərə imza atıb. O, 650-dək elmi əsərin, ali məktəblər üçün yazılmış beş dərslik və 21 fənn proqramının müəllifidir. Alimin elmi rəhbərliyi ilə 7 elmlər doktoru, 31 elmlər namizədi, 14 magistr dissertasiyası müdafiə edilib.

Rektor uzunmüddətli səmərəli elmi və pedaqoji fəaliyyətinə görə Əhməd Abdinova BDU-nun Fəxri fərmanını təqdim edib.

BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Professor Əhməd Abdinovun həyatı və elmi pedaqoji” fəaliyyəti mövzusunda məruzə edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Əhməd Abdinovun Azərbaycan elminə və təhsilinə verdiyi mühüm töhfələri qeyd edib, onun ölkədə ali təhsilin formalaşmasındakı xidmətlərini sadalayıb. Qeyd edib ki, professor Əhməd Abdinov görkəmli alim, pedaqoq olmaqla yanaşı, güclü təşkilatçı, gözəl ailə başçısı və prinsipial bir insandır: “BDU-nun gücü də məhz Əhməd Abdinov kimi nəhəng alimlərdədir. Onun həyatı və fəaliyyəti minlərlə tələbəsi üçün nümunədir”.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun adından təbrik mətnləri, Türkiyənin Bilkent Universitetinin professoru Əmrulla Məmmədovun videotəbriki səsləndirilib.

AMEA-nın akademik-katibi, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri Cavad Abdinov, Radiasiya Problemləri İnstitutunun icraçı direktoru Rəvan Mehdiyeva, Fizika fakültəsinin kafedra müdiri Səcidə Abdulvahabova, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov, Fizika fakültəsinin professoru Tərlan Hüseynov, Ordubad Tusi Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı, görkəmli alimin oğlu, tibb elmləri doktoru Elçin Abdinov, nəvəsi Leyla Abdinova çıxışlarında Əhməd Abdinovun məhsuldar elmi yaradıcılığından bəhs edib, onun tədqiqatlarının əhəmiyyətini vurğulayıblar.

Sonda çıxış edən yubilyar tədbirin təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib, hər bir yubileyin insanın özü, ailəsi, işlədiyi kollektivi, Vətəni qarşısında bir hesabat olduğunu bildirib, gəncləri əməksevər olmağa səsləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri