Icma.az
close
up
RU
BDU da Məzunlar Cəmiyyətinin ilk seminarı: “Süni intellektdən ümumi intellektə doğru”

BDU da Məzunlar Cəmiyyətinin ilk seminarı: “Süni intellektdən ümumi intellektə doğru”

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Məzunlar Cəmiyyətinin silsilə seminarlarına başlanılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin ilk qonağı BDU məzunu, AZAI TECH şirkətinin qurucusu və rəhbəri Üzeyir Süleymanov olub. O, tələbələrə “Süni intellektdən ümumi intellektə doğru” mövzusunda seminar keçib.

BDU rektoru Elçin Babayev hər universitetin ən böyük sərvətinin onun tələbə və məzunları olduğunu bildirib. Rektor qeyd edib ki, BDU hər zaman öz məzunları ilə fəxr edib. BDU-nun ən böyük məzunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir: “Hazırda universitetin minlərlə məzunu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində uğurla çalışır. Məhz həmin məzunlar tərəfindən BDU Məzunları Cəmiyyəti yaradılıb. BDU məzunları universitetin inkişafına oz töhfələrini vermək niyyətindədirlər. Bu layihə də məhz buna xidmət edir. Məzunlarımız öz uğur hekayələrini, bilik və təcrübələrini tələbələrlə bölüşəcəklər”.

Rektor son illərdə bütün dünyada süni intellekt, maşın həlləri, kibertəhlükəsizlik kimi mövzuların aktual olduğunu bildirib. Diqqətə çatdırıb ki, BDU-da da bu istiqamətdə, xüsusilə süni intellektlə bağlı həm tədris prosesi, həm də tədqiqatlar aparılır. BDU-da Süni intellekt etikası kafedrası yaradılıb. Süni intellektdən istifadənin gündən-günə artması onun yaratdığı problemləri də dərindən araşdırmağı tələb edir.

Layihənin qonağı Üzeyir Süleymanov BDU-nun bütün məzunlarının həyatında və karyerasında dərin iz buraxdığını bildirib, layihənin ilk qonağı olmaqdan məmnunluğunu ifadə edib. O, süni intellekt texnologiyalarının yaradılması və onun müxtəlif problemlərin həllində istifadəsinin aktual olduğunu bildirib. Süni intellektin yaradılması və inkişaf mərhələlərinə nəzər salıb, Azərbaycanda bu istiqamətdə təklif olunan həlləri AZAI TECH şirkətinin timsalında izah edib. Süni intellektin bütün müsbət cəhətlərinə baxmayaq, insan zəkasının ondan üstün olduğunu vurğulayıb: “Süni intellektin etik problemlər doğurduğu da faktdır. Süni intellektdən istifadə vacibdir, amma onun nəticələrinə kortəbii baxılmamalıdır, bunlar təhlil olunmalıdır”.

Sonda Üzeyir Süleymanov müəllim və tələbələrin suallarını cavablandırıb, tələbələrə ingilis dilini və proqramlaşdırma dillərindən birini öyrənməyi tövsiyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri