BDU da “Məzunun izində” layihəsi davam edir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 may, AZƏRTAC
Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün budəfəki qonağı Uzaq Şərq dilləri kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarova olub.
BDU məzunu karyera yolundan, tələbəlik illərində qazandığı təcrübələrdən və uğura gedən yolda qarşılaşdığı çətinliklərdən bəhs edib. O, həmçinin Çin dilini dərindən öyrənmə prosesindən, fərqli təhsil mühitinə uyğunlaşmaqdan, beynəlxalq təcrübənin şəxsi və peşəkar inkişafda rolundan danışıb.
Katana Qafarova gənclərə davamlı inkişaf və dözümün insanı uğura aparan əsas keyfiyyətlərdən olduğunu bildirib. Milli kimliyi qorumaqla yanaşı, qlobal baxış bucağına sahib olmağın vacibliyini vurğulayıb, beynəlxalq təcrübənin insanın dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin sarsılmaz iradənin qarşıya çıxan çətinlikləri aşmaqda əsas amillərdən biri olduğunu diqqətə çatdırıb və vaxtın strateji idarə edilməsinin həm şəxsi, həm də peşəkar inkişaf üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 May 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















