Icma.az
close
up
RU
BDU da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

BDU da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşkilatçılığı ilə Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Mərasimdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, Azərbaycan və Misir qədim tarixə və zəngin mədəni irsə malik ölkələrdir. Hər iki xalq dünya sivilizasiyasının inkişafına mühüm töhfələr verib, bu ortaq dəyərlər qarşılıqlı hörmət və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İki ölkə arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər siyasi, iqtisadi, elmi və humanitar sahələrdə uğurla inkişaf edib: “Bugünkü tədbir sadəcə mədəniyyət bayramı deyil, xalqlarımız arasında mövcud olan möhkəm dostluğun bariz təzahürüdür. Fərqli coğrafiyalarda yaşasaq da, bizi ortaq bəşəri və mənəvi dəyərlər birləşdirir. Bu cür tədbirlər gələcək nəsillərdə tolerantlıq, hörmət və mədəni müxtəlifliyə sevgi kimi prinsipləri aşılayır”.

Prorektor diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri təhsildir. 1919-cu ildə Azərbaycanın ilk ali təhsil müəssisəsi kimi yaradılmış Bakı Dövlət Universiteti Misirin nüfuzlu universitetləri ilə akademik əlaqələr qurub. Müəllim və tələbə mübadiləsi proqramları, birgə elmi tədqiqatlar, beynəlxalq konfranslar və mədəni təşəbbüslər vasitəsilə akademik icmalar arasında əlaqələr daha da möhkəmləndirilir. “Bu mübadilələr xüsusilə şərqşünaslıq, ərəb dili və İslam mədəniyyəti kimi sahələrdə böyük əhəmiyyət daşıyır, gənclərimizə müxtəlif ənənələri öyrənmək, sərhədləri aşan dostluqlar qurmaq və gələcək əməkdaşlıq üçün möhkəm təməl yaratmaq imkanı verir. Əminəm ki, iki ölkənin dostluq münasibətləri bundan sonra da inkişaf edəcək, BDU ilə Misir universitetləri arasında əməkdaşlıq daha da genişlənəcək”, - deyə o bildirib.

Misirin ölkəmizdəki səfiri Houssam-Eldine Reda tədbirin təşkili üçün BDU rəhbərliyinə təşəkkür edib, elm, təhsil və mədəniyyətin ölkələrimizi birləşdirən güclü vasitələr olduğunu bildirib: “Ölkələrimiz arasında uğurlu əməkdaşlığın gələcəyi ilə bağlı nikbin fikirdəyik. Bu tədbir əməkdaşlığın daha da güclənməsi üçün uğurlu başlanğıcdır”.

Azərbaycan və Misirin turistik və tarixi yerləri haqqında videoçarx nümayiş olunub. Şərqşünaslıq fakültəsinin və Azərbaycan Dillər Universitetinin tələbələri iki ölkənin tarixi abidələri haqqında ərəb dilində çıxış ediblər. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Tarik Mohammad Aboul Fotouh belə tədbirlərin Azərbaycanı və Misiri yaxından tanımağa xidmət etdiyini, ölkələrimiz arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirdiyini, tələbələrin ərəb dilinə marağını artırdığını bildiriblər.

Sonda səfir Houssam-Eldine Reda Şərqşünaslıq fakültəsinin rəhbər heyəti və tələbələrinə sertifikatlar təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri