Icma.az
close
up
RU
BDU da “Qardaşlıq” adlı konsert proqramı təqdim edilib

BDU da “Qardaşlıq” adlı konsert proqramı təqdim edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” və 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş “Qardaşlıq” adlı konsert proqramı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçilik tariximiz və hüquqi şüurun inkişafı baxımından əhəmiyyətli olduğunu deyib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında oynadığı müstəsna roldan, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, regionda Qarabağ Zəfəri ilə formalaşan yeni reallıqlardan söz açıb. Şahin Pənahov Azərbaycan ilə Türkiyə arasında mövcud olan bağların dərin tarixi köklərə əsaslandığını, bu əlaqələrin ortaq dil, din və mədəni irs üzərində formalaşdığını bildirib: “Bu gün BDU-nun türkiyəli tələbələrinin hazırladığı konsert proqramı birliyimizin nümunəsidir”.

BDU-nun türkiyəli tələbələri adından çıxış edən Muhammed Nazım Köylü Atatürkü Anma, Gənclik və İdman Bayramının yalnız tarixi bir hadisəni yad etməklə kifayətlənmədiyini, gənclərin gələcəyinə istiqamət verən və onların cəmiyyətdəki rolunu xatırladan simvolik bir gün olduğunu bildirib.

Sonra BDU-da təhsil alan azərbaycanlı və türk tələbələrin iştirakı ilə hazırlanmış konsert başlanıb. Proqramda “Çırpınırdın, Qara dəniz”, “Yaşa, mənim xalqım”, “Xudayar təsnifi”, rəqslər ifa olunub, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri