Icma.az
close
up
RU
BDU da “Zəfər” yatağının geoloji genetik modeli tədqiq olunur

BDU da “Zəfər” yatağının geoloji genetik modeli tədqiq olunur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Zəfər” yatağının flüid daxilolmaları və geoloji-genetik modelinə dair elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminar 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub. Tədbirdə “Azerbaijan International Mining Company Limited” şirkətinin kəşfiyyat işləri üzrə baş geoloqu, Faydalı qazıntılar kafedrasının qiyabi doktorantı Cavid İbrahimov mövzu üzrə məruzə ilə çıxış edib.

Məruzəçi “Zəfər” yatağının geoloji quruluşu, struktur-tektonik xüsusiyyətləri və hidrotermal dəyişmə mərhələləri barədə məlumat verib. Bildirib ki, yataq Tetis metallogenik qurşağı daxilində formalaşıb və onun təşəkkülü regional geodinamik proseslərlə sıx bağlıdır.

Qeyd olunub ki, flüid daxilolmalarının mikrotermometrik tədqiqatları nəticəsində homogenləşmə temperatur intervalları və məhlulların duzluluq göstəriciləri müəyyən edilib. Əldə olunan parametrlər əsasında filizəmələgəlmə prosesinin fiziki-kimyəvi modeli qurulub. Aparılan tədqiqatların nəticələri “Zəfər” yatağının orta sulfidli epitermal tipə aid olduğunu göstərir. Eyni zamanda, dərin horizontlarda porfir tipli filizləşmə sisteminin mövcudluğu ehtimalı elmi əsaslarla irəli sürülüb.

Seminarda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Bildirilib ki, təqdim olunan nəticələr regionun porfir-epitermal sistemlərinin genezisi və metallogenik inkişaf perspektivlərinin öyrənilməsi baxımından mühüm elmi və praktik əhəmiyyətə malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Mart 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri