Icma.az
close
up
RU
BDU komandası “Beynəlxalq proqramlaşdırma düşərgəsi”ndə iştirak edir

BDU komandası “Beynəlxalq proqramlaşdırma düşərgəsi”ndə iştirak edir

Icma.az, 525.az saytına istinadən bildirir.

Bakı Dövlət Universitetinin tələbələrdən ibarət “Baku SU” komandası görkəmli alim Ramin Mahmudzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Beynəlxalq proqramlaşdırma düşərgəsi”ndə iştirak edir.

BDU-dan 525.az-a bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icması, ADA Universiteti, Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “TechArena” platformasının birgə təşkilatçılığı ilə keçirilən düşərgə 2025–2026-cı illər üzrə ICPC-in dörddə bir və yarımfinal mərhələlərinə hazırlıq məqsədi daşıyır.

Düşərgədə Azərbaycan, Belarus və Gürcüstandan olan ali təhsil müəssisələrinin komandaları iştirak edir. Ümumilikdə 14 universiteti təmsil edən 16 komanda arasında Bakı Dövlət Universitetinin “Baku SU” komandası da yer alır. Komandanın tərkibinə tələbələr Nihat Qəribli, Emil Hüseynov, Mirağa Əliyev və komanda rəhbəri (kouç) İsmayıl Zeynalov daxildir.

İyulun 24-dək davam edəcək düşərgənin əsas məqsədi regionun aparıcı universitetlərindən olan istedadlı tələbələrin proqramlaşdırma sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşviqi və ICPC müsabiqələrinə sistemli hazırlıq imkanlarının yaradılmasıdır.

BDU komandası bu nüfuzlu düşərgədə fəal iştirakı ilə universitetin ali texniki təhsil və rəqəmsal inkişaf sahəsində regional və beynəlxalq əməkdaşlıqlara verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyul 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri