Icma.az
close
up
RU
BDU nun rektoru və nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir FOTOLAR

BDU nun rektoru və nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir FOTOLAR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

4–6 noyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində ali təhsil sahəsində Asiya-Sakit okean regionunun ən nüfuzlu beynəlxalq ali təhsil tədbirlərindən biri – “QS Higher Ed Summit: Asia Pacific 2025” keçirilir. Sammitin ev sahibi və strateji tərəfdaşı Koreya Universitetidir.

Globalinfo.az bildirir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə iştirak edir. Üç gün davam edəcək sammit çərçivəsində 180 məruzəçinin çıxışlarının nəzərdə tutulduğu sessiyalarda ali təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni tədris və tədqiqat modellərinin tətbiqi, həmçinin universitetlərin qlobal inkişaf proseslərində artan roluna dair müzakirələr aparılacaq.

Sammitin açılış mərasimi Koreya Universitetinin “Inchon Memorial Hall Auditorium” zalında baş tutub. Plenar sessiyada “Quacquarelli Symonds” (QS) şirkətinin baş vitse-prezidenti Ben Sowter və Koreya Universitetinin prezidenti Dong-One Kim açılış nitqləri ilə çıxış ediblər.

Tədbirin fəxri qonağı – Birləşmiş Millətlər Təşkilatının səkkizinci Baş katibi Pan Gi Mun (Ban Ki-moon) ali təhsilin qlobal dayanıqlı inkişafda və beynəlxalq əməkdaşlığın gücləndirilməsində roluna həsr olunmuş əsas çıxışı ilə sammitin ilk sessiyasını açıb. Daha sonra “Happiness Planet” şirkətinin baş icraçı direktoru Dr. Kazou Yano tərəfindən texnologiya və insan rifahı mövzusunda açılış məruzəsi təqdim olunub.

Sammit çərçivəsində regionun və dünyanın müxtəlif ölkələrindən olan universitet rəhbərləri, akademik heyət və ekspertlər təhsilin gələcəyi, rəqəmsal transformasiya, innovasiya və beynəlxalq tərəfdaşlığın yeni modelləri barədə fikir mübadiləsi aparırlar. BDU nümayəndə heyəti də ali təhsildə qlobal qabaqcıl təcrübələrin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi və Universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə sammitin müzakirə və sessiyalarında fəal iştirak edir, həmçinin tədbir çərçivəsində Koreya Universitetində yaradılmış müasir infrastruktur və akademik mühitlə tanış olur.

Qeyd edək ki, artıq 21 ildir təşkil olunan bu sammit müxtəlif regionların ali təhsil liderlərini, biznes və dövlət nümayəndələrini, həmçinin akademik mühitin tanınmış ekspertlərini bir araya gətirərək, ali təhsildə əməkdaşlıq və innovasiyanın inkişafı üçün aparıcı platforma kimi tanınır. Bu il Seulda keçirilən tədbirə 1500-dən çox iştirakçı qatılıb. “QS Higher Ed Summit: Asia Pacific 2025” sammiti Asiya-Sakit okean regionunda ali təhsilin inkişafına dair qabaqcıl ideyaların paylaşılması və universitetlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm beynəlxalq platformadır. Builki sammit “Nəsillərarası uğura ilham vermək: bacarıqların və tədqiqat mühitinin inkişafı” mövzusuna həsr olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri