“BDU könüllüləri” təşkilatının komandası “Bakı Kvest 2025 İçərişəhər”də III yerə layiq görülüb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 sentyabr, AZƏRTAC
“BDU könüllüləri” təşkilatının üzvlərindən ibarət komanda Azərbaycan Gənclər Fondu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Gənc Könüllülər” İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş “Bakı Kvest 2025-İçərişəhər” layihəsində iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “BDU könüllüləri” təşkilatının komandası III yerə layiq görülüb.
Ümumilikdə 36 komanda və 540 nəfərin iştirak etdiyi çempionatda gənclər onlara verilən tarixi sualların cavablarını əraziyə uyğun olaraq müəyyən etməklə unikal marşrutu tamamlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















